Milli Şura İlqar Məmmədovun döyülməsini pislədi

milli suraMilli Şuranın cəzaçəkmə yerində REAL hərəkatının lideri İlqar Məmmədovun döyülməsi ilə bağlı  bəyanat verib. Bəyanatda deyilir:
“Hələ ötən şənbə günü REAL lideri İlqar Məmmədovun 2 saylı cəza çəkmə müəssisəsinin rəhbərliyi tərəfindən döyülməsi barədə məlumat yayılmışdı. Lakin həftə sonu günlərə düşdüyündən bu məlumatı dəqiqləşdirmək mümkün olmamışdı. Təəssüf ki, buğun məlumat təsdiqləndi və məlum oldu ki, oktyabr ayının 16-da qeyd edilən cəza çəkmə yerinin rəhbərliyi tərəfindən İlqar Məmmədova qarşı zor tətbiq edilib, həbs yerinin məsul işçiləri bilavasitə onu döyüb təhqir ediblər. Son vaxtlar cəza çəkmə müəssisələrində məhbusların döyülməsi adi hal alıb və hətta bu səbəbdən həyatını itirənlər də olmuşdur. Bu ilin yanvar ayında 14 saylı cəza çəkmə müəssisəsində 31 yaşında məhbus Elşən Babayevin bilavasitə müəssisə əməkdaşları tərəfindən döyülərək öldürülməsi heç kəsin yadından çıxmayıb. Kürdəxanı müvəqqəti saxlanma yerində Leyla xanım Yunusa qarşı dəfələrlə zor tətbiq edilməsi barədə məlumalar alınmışdır. Son vaxtlar bir neçə dəfə siyasi məhbus İlqar Məmmədova qarşı zor tətbiq edilmə, qorxudulma və çəkindirmə cəhdləri haqqında məlumatlar alınmışdı. İndi isə onun bilavasitə müəssisə rəisi Eyvaz Əsgərovun xidməti otağında, onun , Şakir adlı müavini, Çingiz adlı əməkdaşı tərəfindən döyüldüyü barədə məlumatlar təsdiq edilmiş, baş vermiş hadisə barədə vəkil Cavad Cavadov müvafiq instansiyalara müraciət etmişdir. Müraciətdə İlqar Məmmədovun bədənində xəsarətlərin qaldığını bildirib. O yazır: “Onun boynun arxasında göyərti olduğunu müşahidə etdim, eyni zamanda, İlqar Məmmədov bildirdi ki, zərbələr ən çox başından əllə və ayaqla vurulduğundan zahirən görünən deyil, lakin bunun nəticəsi olaraq başında şişlər var”. Cəza çəkmə müəssisəsində İlqar Məmmodovun döyülməsi faktı Milli Şuranı ciddi şəkildə narahat edir. Məhbusların döyülməsi, təhqir edilməsi, alçaldılması hallarının bilavasitə vəzifəli şəxslər tərəfindən törədilməsi Azərbaycan konstitusiyası, qanunları və ölkənin qoşulduğu beynəlxalq konvensiyalrın kobud şəkildə pozulması deməkdir. Belə hərəkətləri ilə müəssisənin rəhbər işçiləri tək qanunları pozmur, eyni zamanda cinayət törətmiş olurlar. Milli Şura bu fikirdədir ki, müvafiq rəhbər dairələrin məlumatı olmadan 2 saylı cəza çəkmə müəssisəsininin rəhbərliyi belə bir zorakılığa əl ata bilməzdi. Məlum olduğu kimi REAL liderinin təcili şəkildə azad edilməsi haqqında Avropa Məhkəməsinin məlum qərarı vardır. Bu qərarı yerinə yetirmək əvəzinə ona qarşı zorakılıq aktları törədilir, siyasi mülahizələrlə həbs edilmiş hərəkat lideri rəsmi görəv daşıyan insanlar tərəfindən alçaldılır. Milli Şura baş verən hadisəni pisləyir, İlqar Məmmədovun təhlükəsizliyinin təmin edilməsin, Avropa Məhkəməsinin onun haqqında olan qərarının yerinə yetrilməsin, siyasi məhbusun hüquqların təmin edilməsin Azərbaycan hakimiyyyətindən tələb edir”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button