Milli Şura parlament, Baş Prokurorluq və MSK-ya müraciət edib

MŞ 202.07.2013

Demokratik Qüvvələrin Milli Şurası Milli Məclisə, Baş Prokurorluğa, Mərkəzi Seçki Komissiyasına müraciət edib.

Müraciətdə deyilir:

“Bütün dünyada bir şəxsin iki dəfədən artıq prezident seçilməsinin xalqların taleyində nə kimi fəsadlara gətirib çıxardığının müzakirə olunduğu və belə bir ənənənin qarşısının kəsilməsi üçün yollar arandığı bir vaxtda İlham Əliyevin qeyri-qanuni olaraq üçüncü beşilliyə də hakimiyyətdə qalmaq istəyi bir avtoritarın dünyanın demokratik düzəninə meydan oxuyacaq son çırpıntıları kimi qiymətləndirilməlidir. Baxmayaraq ki, İlham Əliyev 2009-cu ilin martında ölkə konstitusiyasını özünün üçüncü dəfə prezident olması üçün saxtalaşdırıb, ancaq yenə də hüququn ali prinsiplərindən biri – qanunun geriyə qüvvəsinin olmaması onun prezident seçkisində iştirakını qadağan edir.

Əgər İlham Əliyev seçkidə namizəd kimi iştirak etmək niyyətindədirsə, dünyanın bütün qitələrində ona və ailə üzvlərinə məxsus olduğu bildirilən firmaların son 5 ildəki maliyyə-təsərrüfat hesabatlarını açıqlamalıdır. Çünki bu firmaların əksəriyyəti ancaq Azərbaycandakı qeyri-leqal “bizneslə” pul qazanıblar. Xalq bu firmaların saxta tenderləri necə udması, bu tenderləri “təşkil” edənlərin kimliklərini, “qazanılmış” pullardan hansı ölkələrdə nə qədər vergi verildiyini mütləq bilməlidir. Bu hesabatlar açılmazsa və Əliyev ailəsinin “təmiz biznes”ə sahib olduğu sübuta yetirilməzsə, onun namizədliyinin qeydə alınması qeyri-qanunidir, seçkilərin legitimliyini tanımamaq üçün bəri başdan ciddi hüquqi əsaslar yaradır.

Bu işləri yoxlamaq üçün sizin vəzifəniz dərhal araşdırmalara başlamaq, müstəqil ekspertlərdən ibarət komissiya yaratmaq və əsl həqiqəti ortaya çıxarmaqdır. Bu həm də Sizin nə dərəcədə müstəqil iradə sahibi olduğunu və Azərbaycan xalqının gerçək münasibətinizi ortaya qoyacaq!”

Mediaforum.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button