Milli Şura son günlərin problemlərini müzakirə etdi

resizer06.03.2014

Demokratik Qüvvələrin Milli Şurasının növbəti iclası keçirilib. İclasda qurumun qəbul etdiyi qərarların icra vəziyyəti, ölkədəki ictimai- siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilib.

XuralTAC-a Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) Mətbuat Xidmətindən verilən məlumata görə, iclasda Milli Şuranını sədri Cəmil Həsənli ötən müddət ərzində qurumun qəbul etdiyi qərarların icra vəziyyəti barədə məlumat vermiş, “Sovetski” sakinlərinin mülkiyyət hüquqlarının müdafiəsi, BDU tələbələrinə dəstək, araşdırmaçı- jurnalsit Xədicə İsmayılılova qarşı təzyiqləri pisləyən bəyanatın qəbul edilib yayıldığını, həmçinin Avropaya inteqrasiya mövzusunda ictimai dinləmənin keçirildiyini bildirdi. O eyni zamanda Ukrayna xalqının azadlıq və demokratiya  ugrunda apardığı mübarizəyə Milli Şuranın dəstəyini ifadə edən mövqeyin bildirildiyini, həmçinin AXCP binasının hakimiyyət tərəfindən partladılıb söküldüyünə kəskin etiraz olunduğu açıqlamanın da yayıldığını qeyd edib.

AXCP- nin icarəyə götürdüyü mənzil- qərargahın partladılması və sonradan partiyanın ofisdən zorla çıxarılaraq sökülməsi ilə bağlı məsələ iclasda geniş müzakirə edildi. AXCP sədri Əli Kərimli Avropa Birliyinin Bakıdakı ofisində Qərb diplomatları ilə keçirilən görüş haqqında danışdı. O bildirdi ki, partiyanın qərargahının partladılması və sökülməsi, eləcə də ölkədəki ictimai- siyasi vəziyyətin müzakirə mövzusu olan görüşdə Avropa Birliyi, ABŞ, Almaniya, İngiltərə, Fransa, Belçika, Norveç, İsveç, Polşa , Xovatiya, Latviya və Litvanın səfirləri və ya nümayəndələri iştirak edib.

Koordinasiya Mərkəzinin iclasında qərara alınıb ki, AXCP- nin binasının partladılması və sökülməsi ilə bağlı hakimiyyətin öz rəqiblərinə qarşı apardığı terror siyasətinə dair geniş toplantı keçirilsin.

İclasda Avstriyanın paytaxtı Vyanada bu ölkənin Mərkəzi Bankının törəmə şirkəti olan “OeBS”  şirkəti ilə Azərbaycanın Milli Bankının rəhbərliyi arasında  on milyonlarla avroluq korrupsiya və rüşvət işi üzrə birinci məhkəmə iclasında prokurorun ittiham aktında səsləndirdiyi fikirlər müzakrə olunmuş və təqdim olunmuş faktda aşkar cinayət əlamətlərinin olması  nəzərə alınaraq  cinayət törətmiş  şəxslər barəsində qanuni tədbir görülməsi üçün hüquq- mühafizə orqanlarına müraciət edilməsi qərara alınıb.

Koordinasiya Mərkəzinin iclasında Ukrayna xalqının azadlıq və demokratiya ugrunda apardığı mübarizəyə bir daha Milli Şuranın dəstəyi ifadə olunub, Rusiyanın Krıma siyasi və hərbi müdaxiləsi qətiyyətlə pislənilib.

İclasda Milli Şuranın Koordinasiya Mərkəzinin digər üzvləri Mirmahmud Mirəlioğlu, Gültəkin Hacıbəyli, Mehman Əliyev, Leyla Yunus, Fuad Ağayev və başqaları çıxış edərək öz fikirlərini bildiriblər.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button