Milyarder puluna belə qənaət edir – İNANILMAZ FAKTLAR

“Mən bununla nümunə göstərmək istəyirəm”.

Pula qənaət etmək üçün “second-hand” mağazalarından, bazarlardan geyim almağa üstünlük verirəm.

“The Guardian” nəşri xəbər verir ki, bunu adı dünyanın ən varlı insanlarının siyahısına daxil edilən İKEA korporasiyasının sahibi, biznesmen İnqvar Kamprad bəyan edib.

“Mənim yeni aldığım əşyalarım olduğunu düşünmürəm, hər şeyi bazardan alıram. Mən bununla müsbət nümunə olmaq istəyirəm”, – Kampard bildirib.

Bu milyarderin qənaətcillik barədə ilk bəyanatı deyil. Belə ki, 2008-ci ildə isveç nəşrinə verdiyi müsahibəsində o, Amsterdamda bərbərin saç kəsimi üçün ondan 22 avro istədiyini bildirib.

Milyarder həmin hadisədən sonra yalnız inkişafda olan ölkələrə səfərlər zamanı saçını kəsdirdiyini bildirib.

Qeyd edək ki, İKEA – Niderlandın istehsalat-ticarət şirkətidir (baş ofisi Cənubi Hollandiyada Delft şəhərindədir). Təsisçisi isveç sahibkarı İnqvar Kampraddır.

O, öz işinə 1943-cü ildə başlayıb, 1948-ci ildə artıq İsveçdə ilk mağazasını açıb. Korporasiyanın adı onun şəxsi İnqvar Kamprad (İK), Elmtarys (E)- ailə fermasının və oxuduğu Agunnaryd (A) kəndin adının baş hərflərindəndir.

Hazırda Kamprad dünyanın ən varlı insanlarından biridir. 2010-cu ildə onun sərvəti 23 milyard dollardan ibarət idi, bu isə ona “Forbes” reytinqində 11-ci yeri təmin edirdi.

O, həmçinin dünyanın ən zəngin xeyriyyə təşkilatı olan Stichting İNGKA Foundation Niderlandiya fondunun sədridir, onun aktivləri 36 milyard dollara çatır.

Oxu.Az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button