Mingəçevir xəstəxanasında 50 min manat araşdırılır

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinin dövlət büdcəsindən ayrılan 50 min manatdan artıq vəsaiti mənimsədiyinə şübhələr yarandığı deyilir.

Bu barədə Mingəçevir şəhər Prokurorluğunun məlumatında bildirilir.

Mingəçevir şəhər Prokurorluğunda CM-in 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb: “İbtidai istintaq davam edir”.

Rəsmi açıqlamaya, hələlik, xəstəxananın vəzifəli şəxslərindən münasibət öyrənmək mümkün olmayıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button