Mingəçevirdə 6 məktəblinin hepatitə yoluxduğu ehtimal edilir

Mingəçevir şəhərində şagirdlərin kütləvi hepatit xəstəliyinə yoluxduğu ilə bağlı məlumatlar yayılıb.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Turan”a bildirilib ki, dördü oğlan, ikisi qız olmaqla, altı nəfər Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə müraciət edib: “Onlara dəqiqləşdirilməmiş kəskin virus hepatiti diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib”.

Mərkəzi Aran Regional Təhsil İdarəsindən isə deyilib ki, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasından verilən məlumata əsasən, uşaqlar noyabrın 16-da axşam saatlarında Bakı şəhər Gigiyena və Epidemiologiya Mərkəzinə çatdırılıb və səhhətləri orta stabil olaraq qiymətləndirilir.

Hələlik, uşaqların yaxınları ilə isə danışmaq mümkün olmayıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button