Mirələkbər Seyidov Binəqədini bazara çevirib

Binəqədi prokuroru yanlış alışqanlıqları olanları nə məqsədlə işə qəbul edir?!

XuralTAC-a Binəqədi prokurorluğunda baş verənlərlə bağlı məlumat daxil olub. Məlumatı redaksiyaya verən və adının çəkilməsini istəməyən mənbə bunu rayon prokurorunun «çox arxalı» olması ilə əlaqələndirib: «Bunlara batmaq mümkün deyil. Rayon prokuroru «burada mənəm, Bağdadda Səddam Hüseyn» deyə heç kimi saya salmır. Binəqədi prokurorluğunu çevirib bazara. Prezident korrupsiyaya qarşı mübarizə aparır, bu adam korrupsiyanı daha da çiçəkləndirir. «Dayı»sının böyük adam olduğunu, nəsillərinin bütün Bakıya hökm etdiyini, bu səbəblə də heç kimi və heç nəyi vecinə almadığını hər fürsətdə söyləyən Mirələkbər Seyidov rayonda əsl diktatura yaradıb. Burada məşhur bir məsəl var: «Prokuraturanın həyətinə düşən kağız parçası olsa belə, ya puldur, ya da cinayət». Jurnalist kimi araşdırın, görün, Mirələkbər kimləri işə qəbul edir.»

XuralTAC-ı bilgiləndirən mənbənin sözlərinə görə, bir çox yanlış alışqanlıqları olan şəxslərin prokuratura orqanlarına, konkret olaraq Binəqədi rayon prokurorluğuna işə düzəlmələrinə birbaşa Miələkbər Seyidov səbəbkardır. Səbəb də yüksək məbləğdə pullardır. Onun «hədiyyə»yə və «hörmət»ə çox aludə olduğu bildirilir.

Yazı çapa getməmişdən XuralTAC-a Mirələkbər Seyidovun çox yüksək çinli bir məmurun yaxın qohumu olduğu xəbəri gəldi. Mənbə bizə bu «yüksək çinli məmurun» adını söyləsə də, dəqiqləşdirmək ehtiyacı hiss etdik.

Dəqiqləşdirəcəyik…

XuralTAC

“Xural” qəzeti,

Il: 9, sayı: 018(428), 08-14 may 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button