Mirşahinə veriləcək radikal sual

şərif ağayarŞərif AG

Şalvardakı

Milli telejurnalistikamızın ən parlaq simalarından olan Mirşahin Ağayevlə “Facebook”da dostam və Rüstəm bəyin sözü olmasın bu dostluğu özüm üçün şərəf hesab edirəm. Kim nə deyir desin, Mirşahin istedadlı adamdır və yenə kim nə deyir desin, bütün istedadlı adamların içində işıq olur.

Azərbaycanın böyük yazarı Həmid Herisçidən fərqli olaraq mənim Mirşahin Ağayevə heç vaxt sualım olmayıb. “Təmiz söhbət”, “Milli metr” kimi çoxsaylı maraqlı telelayihələrin müəllifinə qulaq asmaqla, yaradıcılığını izləməklə kifayətlənmişəm həmişə. Ama son illər ona ünvanlanacaq bir sual içimi doğram-doğram edirdi. Əbülfəz Elçibəy, Azad Mirzəcanzadə, Çingiz Aytmatov, Lütfi Zadə ilə əvəzsiz söhbətlər aparan, son aylar isə öz həmkarı Eynulla Fətullayevə şəxsən mənim üçün qaranlıq qalan qeyri-adi münasibəti ilə virtual şəbəkənin söz konusuna çevrilən qəhrəmanımıza sualım nə barədə olsa yaxşıdır? Güləcəksiniz, gülün: meyxana!

Bəli! Etməyib tənbəllik Ağayev yoldaşa yazdım: “Siz nə üçün meyxananı bu qədər təbliğ edirsiniz?”. Onun cavabını oxuyanda özümü təhqir olunmuş saydım: “Meyxana Azərbaycan folklorunun, ağız ədəbiyyatının bir növüdür, biz onu təbliğ etməklə xalqımıza xidmət göstəririk.”
Dərhal içimdən gələn ikinci sualı yazmadım ona. Çünki söhbətimizin səmimi getmədiyini, Mirşahinin ANS tamaşaçılarının çoxu kimi məni də əbləh yerinə qoyduğunu gördüm.

O sualı sizdən gizlətmirəm, mənim radikal oxucularım! “Bəs elə isə siz və Orxan Fikrətoğlu kimi istedadlı əməkdaşları ola-ola niyə görə Azərbaycanın ilk müstəqil teleşirkəti ANS-in tarixində heç vaxt ciddi ədəbiyyat verilişi hazırlanmayıb?”

Təbii ki sualımı ünvana çatdırmadığım üçün cavabını gözləmədim. Taleyin işinə baxın, bu sualın cavabını ANS-in yaranmasında iştirak edən və bu yaxınlarda həmin telekanalda apardığı “100-cü baxış” verilişi özünün razılığı ilə bağlanan Həmid Herisçinin “Konspiroloq” kitabında tapdım.
Bu kitab adına uyğun olaraq bir çox hadisələrin üzərindən sir pərdəsini götürür, baxırsan ki, üstündə baş çatlatdığın böyük mətləblərin altında sadə bir həqiqət qıvrılırmış. Doğrudur, bəzən bu həqiqət adamı ilan kimi çalır, ama nə edəsən…

Bəli, “Konspiroloq” kitabından sonra bildim ki, nəyə görə filmlərində mütərəqqi ideyalardan dəm vuran istedadlı rejissor Vaqif Mustafayevin Spaceyə rəhbər təyin olunandan sonra ilk işi “Gecə kanalı”nı bağlamaq oldu. Bu veriliş İlham Mirzəyevin əsnəyə-əsnəyə apardığı düşük “Tale yolları”ndandamı lazımsız idi?! Bəlkə Namiq Mənanın ətrafına topladığı bir dəstə mənasız adamın səfeh bədihələri, Kamran Həsənlinin dıydıq şouları daha çox lazımdır bizə?

Təsəvvür edirsinizmi “Hər şey yaxşılığa doğru”, “Yerlə-göy arasında”, “Yaramaz” (!), “Yoxlama” kimi sənət əsərlərinin müəllifinin rəhbərlik (oxu: rəhmətlik) etdiyi telekanalda biz Azərbaycan dilində düz-əməlli danışa bilməyən Ağamirzənin özü kimi birisi ilə duel-duetinə tamaşa edirik!
Bakı kəndlərinin ədəbi dildən uzaq ləhcələrində danışan ağızdan pərtöv meyxanaçılar telekanallarımızın səyi nəticəsində milli sözün, milli ədəbiyyatın təmsilçisinə çevrilib. Bu dəhşətdir, dostlar!!!
Gənc prikolçu Fərda Xudaverdiyev zamanında bunlarla əla məzələnmişdi. Əvvəllər mənə sərt görünən məşhur ittihamı indi hərdən ürəyimi soyutmaq üçün təkrarlayıram: “Papaq yoxdu, qafiyə şalvardadı!”
Bəli, eynən Həmid Herisçi kimi Fərda da çağdaş qafiyəpərdazların üzərindən sir pərdəsini qaldırmışdı.
Biz qafiyəni – həqiqəti başqa yerlərdə axtarmalıyıq… Ağzımızı niyə pis yerə dirəyirlər ki?!

Əlaqəli məqalələr

2 şərh

  1. qəti etirazımı bildirirəm bu saytın bir yarki oxucusu kimi facebook-da sizin saytın bir önəmli təbliğatçısı kimi qəti etiraz edirəm bu kürd gədəsiin sizin saytda dərc olunmasına!
    əvəz müəllim özünüz türkçülükdən danışırsınız
    xahiş edirəm mənim şərhimi silməyin
    bu dağdan gəlmiş kürd …… biz bakılıları təhqir edib
    Bakı kəndlərinin ədəbi dildən uzaq ləhcələrində danışan ağızdan pərtöv meyxanaçılar- bu kürd sürüsünün biz türklərə növbəti basqısıdır
    darıxmayın şərix ağayar qarayaxalar, vaxtınlz çatacaq. Hamınız yıxıb sürüyün bakını ve Azərbaycanı, necə istəyirsiniz!

  2. Mən də Şərif Ağayarın Bakı kəndləri camaatının ədəbi dildən uzaq olmaları fikri iiə qəti razı deyiləm. Azərbaycanda zonalar üzrə müxtəlif ləhcə və şivələr vardır, sənət adamları da həmin ləhcələr ilə danışırlar. Əgər o, yazmış olsaydı ki, meyxanaçılar aşırı Bakı ləhcəsi ilə deyişirlər, bəlkə də onu başa düşmək olardı. Heç zaman meyxanaçılar və s. sənət adamları dedikləri meyxana və oxuduqları mahnıların sözləri ilə Ş. Ağayarın dediyi kimi milli sözün, milli ədəbiyyatın təmsilçisinə çevrilə bilməzlər. Amma haqq üçünə desən onun ANS və başqa tv-lər haqqında yazdığı fikirlərlə mən də razıyam. Onların məqsədi “yeni hibridli nəsl” yetişdirməkdir. Səviyyəsiz verilişlər bunu deməyə bizə əsas verir. Bizdə rayonda Şahsuvarov Hidayət adlı bir kişi var idi, ayıq olmayan vaxtlarda olduqca səlist cümlələr işlədərdi, qısa bir cümlə ilə böyük bir fikri ifadə edərdi. Mən Mirşahini ona çox bənzədirəm. Mirşahin kimilərin məqsədi insanları aydın düşünməyə öyrətmək və həqiqəti xalqa çatdırmaq deyildir. Bir də ki, kürd və s. millətlər haqqında təhqirlər yazmaq yaraşmaz, onlar bu ölkənin vətəndaşlarıdır. Biz firma təsis etməmişik, dövlət yaratmışıq, bu dövlət hamımızındır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button