Mirzə Ələkbər Sabirin böyüklüyü bizim kiçikliyimizdəndir

Yaşar Türkazər

Yaşar Türkazər: “Sabiri anlamaq üçün Rafiq Tağı olmamaq yetər”

 Yazıçı Rafiq Tağının Mirzə Ələbər Sabir haqqında yazdığı tənqidi fikirlərə qarşı çıxanların sırası genişlənir.

Dünən Müsavat partiyasının üzvü Yaşar Türkazər redaksiyamıza zəng edərək Rafiq Tağının yazısı ilə bağlı öz fikirlərini bölüşdü. O, Mirzə Ələkbər Sabirin xalqı maarifləndirmə istəyindən söz açdı: “Marifləndirməyin iki yolu var. Birincisi, insana keçmişini göstərib, onun sahib olduğu dəyərlərindən yazmaqla, ikincisi isə onun bu gününü tənqid etməklə. Ona qalsa, gərək biz Mirzə Fətəli Axundovu da bu sıraya daxil edək. Sabirin məqsədi heç də milləti təhqir etmək deyildi. Mirzə “fəhlə, sən də özünü insanmı sanırsan?” sözlərini üçüncü şəxsin dilindən deyirdi və bunu anlamaq üçün Rafiq Tağı olmamaq yetər”.

Yaşar Türkazər Sabirin Cənubi Azərbaycandakı proseslərə müdaxilə etdiyini də bildirdi: “Şair Cənubdakı Məşrutə hərəkatı ilə bağlı, Osmanlı imperiyası ilə əlaqədar, əsasən də Həmid Sultana və imperiya vəzirlərinə qarşı da şeirlər yazırdı. Onun “Fəxriyyə” şeiri başdan-başa tarixdi. Bu şeirində şair Rusiya imperiyasını təndiq edirdi. Özü də uzun müddət bu bənd kitablarda nəşr edilmirdi. Cənubi Azərbaycanda da onun əsərləri yasaq edilmişdi. Mirzənin yaradıcılığı Məlik şahdan tutmuş Nadirə qədər bir dövrü əhatə edirdi”.

Y.Türkazər Sabirin yaranmasında dövrün də xüsusi rolu olduğunu bildirdi: “Əgər həmin dövr olmasaydı, “Molla Nəsrəddin” jurnalı çıxmasaydı, Sabir də parlamayacaqdı. Necə ki, 88-ci il hərəkatı olmasaydı, içərisi mən qarışıq bugünkü Azadlıq fədailəri olmazdı. Onlar adi insanlar olardılar. Yəni istər Sabir, istərsə də “Hophopnamə” zamanın tələbi ilə yarandı. Şairin şeirlərinin bir əhəmiyyəti də onun bu günlə də səsləşməsidir. Belə ki, “əlif döndü nun oldu…” deyə başlayan şeirində diktatorun gəlişini göstərirdi. Sabirin, “Molla Nəsrəddin”in bu gün də aktual olması onların böyüklüyündən çox, bizim kiçikliyimizdədir”…

“Xural” qəzeti,

il 9, sayı: 043 (451), 26 sentyabr 2011

Əlaqəli məqalələr

2 şərh

  1. Tağı müəllim Sabir kimi bircə gün çıx bazarda sabun sat uşaqların çörək pulun onun kimi qazan axşamda hekayəni yaz kasıbçlıqdan səni qurtarsa o yazı qurtarar. O, yazıq 100 ildın sonra sənə köməyi belə olar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button