Mirzoyan Ermənistan və Azərbaycan konstitusiyalarında problemlərin olduğunu deyir

Yayımlandı: 4 İyun 2024 12:17

“Bu müzakirələrin Bakının diktəsi olduğunu iddia etmək kökündən yanlışdır”

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan və Azərbaycan konstitusiyalarında mövcud problemlərin uzunmüddətli sülhə nail olmaq üçün maneə olduğunu bildirib.

Bu barədə o, iyunun 4-də parlamentin daimi komissiyalarının birgə iclasında “2023-cü il dövlət büdcəsinin icrasına dair hesabat”ın müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu problemlər uzunmüddətli sülhə maneədir. Amma Ararat Mirzoyan Azərbaycan Konstitusiyasında hansı problemlərin olması barədə detallara varmayıb.

Lakin bu, heç də o demək deyil ki, Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi məsələsi Azərbaycanla danışıqların predmetidir”, – deyə Mirzoyan bildirib.

XİN rəhbəri daha sonra qeyd edib ki, Ermənistan Konstitusiyasına dəyişikliklər 2018-ci ildən müzakirə olunur:

Ona görə də bu müzakirələrin Bakının diktəsi olduğunu iddia etmək kökündən yanlışdır. Bu, Ermənistanın daxili işidir”.

Yanvarın 19-da Ermənistanın Baş naziri Nikol Paşinyan Ədliyyə Nazirliyinin əməkdaşları ilə görüşündə yeni Konstitusiyaya ehtiyacın olduğunu bildirmişdi.

Fevralın 1-də isə Baş nazir İctimai Televiziyaya müsahibəsində demişdi ki, Ermənistanın dövlət siyasəti Qarabağın birləşdirilməsi ilə Müstəqillik Bəyannaməsinə əsaslanacaqsa, yenə müharibə olacaq və heç vaxt sülh olmayacaq.

Nikol Paşinyan bu fikrini əsas götürərək Konstitusiyaya dəyişiklik təklif etmişdi.

Ermənistan Konstitusiyası 1995-ci il iyulun 5-də referendumla qəbul edilib.

2015-ci ildə  referendum yolu ilə Konstitusiyaya dəyişikliklər həyata keçirilib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button