Misir Mərdanov əmək haqları artır dedi

Ardınca da saxta diplomlu müəllim ovundan çəkilməyəcəyini vəd verdi

 Nazir deyib ki, bununla bağlı ölkə başçısının sərəncamı gözlənilir: «İmkan olduqca müəllimlərin əmək haqları dəfələrlə artırılıb, bundan sonra da artırılacaq».

“İnsanların saxta diplomlarla məktəbə gedib çıxma səbəblərini araşdırırıq. Buna şərait yaradanlar cəzalandırılacaq”. Bu sözləri təhsil naziri Misir Mərdanov deyib.

Nazirin sözlərinə görə, hazırda bütün ölkə üzrə müəllimlərin sənədləri araşdırılır: “Məlum olub ki, çox müəllimin sənədi saxtadır. Məsələn, sənəddə yazılıb ki, BDU-nun riyaziyyat fakültəsini bitirib, amma Təhsil Nazirliyindən aldığı diplomun nömrəsi bu adamın adına deyil. Təəssüf ki, belə hallarla qarşılaşırıq”.

M. Mərdanov bildirib ki, nazirlik bu məsələdə Respublika Prokurorluğu ilə birgə araşdırma aparır: “Hələlik rayon-rayon araşdırırıq. Kimin bizdən narazı olub-olmamasına baxmayaraq, saxta diplomluları işdən azad edəcəyik”.

“Xural” qəzeti,

il 9, sayı: 060 (470), 15 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button