Misir Mərdanov dələduzu məktəb direktoru təyin etdi

Rüşvətə görə işdən çıxarılan Təhsil Şöbəsinin müdiri məktəb direktoru təyin olunub

“Azərbaycan təhsilində məktəbə və müəllimə yaraşmayan hallar indi də var. Mən hamını daşı ətəyindən tökməyə çağırıram. Hər bir insanın bu dünyada bir ömür və dolanışıq payı var. Ona qane olsunlar”.
APA-nın məlumatına görə, bunu bu gün Təhsil Nazirliyində keçirilən kollegiya iclasında nazir Misir Mərdanov deyib.

Nazirin sözlərinə görə, müəllimə yaraşmayan hərəkətlərlə, dələduzluqla məşğul olduğuna görə Göygöl rayon Təhsil Şöbəsinin sabiq müdiri Altay İsmayılov barəsində Respublika Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət ediləcək.
M.Mərdanov qeyd edib ki, həmin şəxs təhsil şöbəsinin müdiri olarkən təhsil işçisinə yaraşmayan hərəkətlə məşğul olduğuna görə onun barəsində Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət daxil olub və həmin şəxs işdən azad edilib: “Lakin məktəb direktorlarının təyinatını biz həyata keçirmədiyimizdən, məlumat almışam ki, o, həmin rayonda orta məktəb direktoru işləyir”.
Nazir qeyd edib ki, Laçın Rayon Təhsil Şöbəsinin məsləhətçisi Aqil Cabbarov da rüşvət aldığı yerdə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb. Hazırda onunla bağlı da hüquq-mühafizə orqanları lazımi tədqiqatlar aparılır: “Bu təhsil üçün utandırıcı haldır”.

ASİ-Xural

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button