Rubrikalar: GÜNDƏM SİYASƏT XuralTAC

MİT-in açılışında kimlər vardı?

Bu gün Ankara şəhərində Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) yeni binasının açılışı olub.

“Kale” adlandırılan yeni binanın təntənəli açılış mərasimində prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyə dövlətinin rəhbərləri iştirak ediblər. Türkiyə mediasının yaydığı foto və videogörüntülərdən belə məlum olur ki, qardaş ölkənin xüsusi xidmət orqanının düzənlədiyi açılış törəninə dəvətlilər arasında Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Əli Nağıyev və Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-leytenant Orxan Sultanov da olublar. DTX rəisi açılış lentinin kəsilməsi zamanı MİT rəhbəri Hakan Fidanla yanaşı durub.

Fotogörüntülərdən mərasim zamanı Əli Nağıyevin Türkiyə prezidenti Ərdoğanla görüşdüyü də məlum olur.

Ovqat.com saytının məlumatına görə, Türkiyə prezidenti açılış nitqində ölkəsinin xüsusi kəşfiyyat orqanının tarixindən bəhs edib və bu qurumun Osmanlılardan miras qaldığını xatırladıb. Çıxışında həmçinin indiki çətin dövrdə MİT-in üzərində ciddi görəvlər düşdüyünü vurğulayan Ərdoğanın fikrincə, Türkiyənin və Türk dünyasının gələcəyini formalaşdırmaq üçün xüsusi xidmət orqanlarının fəaliyyəti böyük əhəmiyyət kəsb edir:

“2014-cü ildə təşkilatımızın qanununu başdan sona qədər təzələdik və bugünkü gözləntilərimizə uyğun hala gətirdik. Bəzən müzakirələrin mərkəzində yerləşdirilsə də, ölkəmizin və millətimizin kəşfiyyat xidmətlərinə ehtiyacı heç vaxt azalmamışdır, çünki kəşfiyyat məlumatları təkcə müharibə dövründə deyil, həm də sülh dövründə dövlətin yaşaması üçün zəruridir. Bu gününü idarə edə bilməyənlər gələcəklərini də formalaşdıra bilməzlər. Ölkəmizin və dünyanın kritik bir prosesdən keçdiyi bir dövrdə Milli İstihbarat Təşkilatımızın dəstəyi həmişəkindən daha çox lazımdır. Geniş coğrafiyada gecə-gündüz fədakarlıqla çalışan hər bir adsız qəhrəmanımızın uğurları ilə fəxr edirik. Ümid edirəm ki, bu gün təşkilatımızın gücü və imkanları olan yeni xidmət binasının açılışı daha da artacaq”.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Heydər Əsədov: “Mən özüm iki dəfə prokurorluğa müraciət etdim”

“Aqrolizinq” ASC-də aparılan yoxlamaların materialları borcların 2006-cı ildən bu günə qədər yarandığını göstərir. Ancaq söhbət korrupsiya və mənimsəmə barədə deyil,…

18 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

“Sədərək” yarmarkasında baş verən yanğın söndürüldü

“Sədərək” Ticarət Mərkəzində baş verən yanğın söndürülüb. Bu barədə virtualaz.org-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, hazırda Fövqəladə Hallar nazirinin…

18 Fevral 2020
  • GÜNDƏM
  • MƏTBUAT
  • XuralTAC

Real TV: “Afət Telmanqızı və Ləman Ələşrəfqızına məhdudiyyət tətbiq olunmayıb”

Afət Telmanqızı: “Özlərinə haqq qazandırmaq üçün başqa nə deyə bilərlər?” Real TV Ləman Ələşrəfqızı və Afət Telmanqızının işdən çıxarılması haqqında fevralın…

18 Fevral 2020
  • CƏMİYYƏT
  • XuralTAC

Ziya Məmmədova ağır itki

Sabiq nazir Ziya Məmmədova ağır itki üz verib. Xural.com yenicag.az-a istinadən xəbər verir ki, Ziya Məmmədovun qaynı dünyasını dəyişib. Qeyd…

18 Fevral 2020
  • GÜNDƏM
  • MƏTBUAT
  • XuralTAC

Həbsdəki jurnalist: “DTX-da məni həyat yoldaşım və qızımla təhdid etdilər”

“O necə sirdir ki, Dəyanət Babayev ondan xəbərdar ola bilər, amma mənim ailə üzvlərim yox?” Dövlətə xəyanət ittihamıyla həbs olunan…

18 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

Vasif Talıbovun oğlunun Dubaydakı “Al Rza Tower”i üzə çıxdı-FOTOLAR

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Rza Talıbov Birləşmiş Ərəb Əmirliklərində qülləyə öz adını verib. Qaynarinfo xəbər…

18 Fevral 2020
Xural.COM