Rubrikalar: MARAQLI XuralTAC

Mixail Qorbaçovun qaynı dəlixanada kimsəsiz kimi öldü –Təfərrüat

Voronejdə Raisa Qorbaçovanın qardaşı – yazıçı Yevgeni Titarenko vəfat edib.

Titarenko ölümünə az qalmış psixiatriya xəstəxanasından köçürüldüyü vilayət xəstəxanasında dünyasını dəyişib.

SSRİ-nin ilk və son birinci xanımının doğma qardaşı uzun illər Orlovka qəsəbəsində yerləşən dəlixanada yaşayıb. Heç bir qohumu ona qəyyum kimi qeydiyyatdan keçməyib və Yevgeni Titarenkonun rəsmi qəyyumu psixiatrik dispanser və onun baş həkimi göstərilir. Başqa sözlə, Mixail Qorbaçovun qaynı tam tənhalıqda, kimsəsiz ölüb.

Bildirilir ki, Titarenko ildə iki dəfə müayinədən keçirilirmiş, lakin həkimlər bu müayinələrin nəticələrinin onun evə buraxılması üçün qənaətbəxş olmadığını bildirirlərmiş.

Mənbə yazır ki, Titarenkonun taleyi müəmmalarla doludur. Uzun müddət söz-söhbət gəzirdi ki, o, dəlixanaya qanunsuz şəkildə – güclə salınıb.

2014-cü ildə prokurorluq əməkdaşları bu məlumatla bağlı yoxlama aparmışdılar və qərara gəlmişdilər ki, deyilənlər həqiqətə uyğun deyil. Lakin söz-söhbət səngimək bilmədi.

Ötən ilin yayında “Rossiya 1” telekanalındakı “Canlı yayım” proqramında bir vaxtlar Yevgeni Titarenkonu yaxşı tanımış insanlar çıxış edərək bildirmişdilər ki, yazıçının dəlixanaya salınmasına səbəb onun dövlətin birinci şəxslərinə (o zamanlar üçün) aid bildiyi xeyli sayda gizli məlumatlar olub.

Raisa Maksimovna doğma qardaşına bu cür münasibət bəsləyə bilərdimi? Mixail Qorbaçovun müvaşiri işləmiş yazıçı Georgi Pryaxin (Raisa Maksimovnanın yazdığı kitabın üzərində işləyib) xatırlayır ki, “birinci ledi” uşaqlığı barədə gözəl xatirələr danışırdı və qardaşını mehribanlıqla xatırlayırdı. Lakin onun indiki vəziyyətindən söhbət düşəndə bircə kəlmə ilə kifayətlənmişdi: “İçir”./Virtualaz/

Paylaş:

Share

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Mikayıl Cabbarov əsas nazir oldu

Rövşən Ağayev: “Baş nazirlik institutunun ləğv olunması ən doğru addım olardı” “Prezident İlham Əliyevin 23 oktyabr sərəncamlarını struktur islahatları adlandırmaq…

23 Oktyabr 2019 8:48 axşam
  • GÜNDƏM
  • SİYASƏT
  • XuralTAC

Ramiz Mehdiyev getdi!

Prezident İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tutduğu vəzifədən azad edilib. Digər bir sərəncamla dövlət başçısı Ramiz…

23 Oktyabr 2019 8:27 axşam
  • GÜNDƏM
  • XuralTAC

Əli Kərimlinin alnına 9 tikiş vurulub-FOTO

AXCP sədri Əli Kərimlinin 19 oktyabr mitinqində həbs edləndən sonra polislərin döyməsi nəticəsində başından aldığı xəsarəti göstərən yeni foto yayılıb.…

22 Oktyabr 2019 5:17 axşam
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Əvəz Zeynallı Əli Kərimlini döyənlərdən yazdı

19 oktyabrda baş verən mitinqdə AXCP sədri Əli Kərimlinin polis tərəflərindən vəhşicəsinə döyülməsi ictimaiyyətdə geniş rezonans doğurub. Ölkə ictimaiyyətinin əksəriyyəti…

21 Oktyabr 2019 7:42 axşam
  • DÜNYA
  • XuralTAC

İspaniya diktatoru Frankonun nəşi yenidən müayinə olunacaq

İspaniyanın sabiq rəhbəri, general Fransisko Frankonun nəşi oktyabrın 24-də yenidən müayinə olunacaq. Xural.com DW xəbərə istinadən verir ki, hazırda Madrid yaxınlığındakı…

21 Oktyabr 2019 7:22 axşam
  • GÜNDƏM
  • XuralTAC

Əli Həsənov və Hacıbala Abutalıbov vəzifələrindən azad olundular-SƏRƏNCAM

Baş nazirin iki müavini - Əli Həsənov və Hacıbala Abutalıbov vəzifələrindən azad olunublar. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan…

21 Oktyabr 2019 7:17 axşam
Xural.COM