Mixail Qorbaçovun qaynı dəlixanada kimsəsiz kimi öldü –Təfərrüat

Voronejdə Raisa Qorbaçovanın qardaşı – yazıçı Yevgeni Titarenko vəfat edib.

Titarenko ölümünə az qalmış psixiatriya xəstəxanasından köçürüldüyü vilayət xəstəxanasında dünyasını dəyişib.

SSRİ-nin ilk və son birinci xanımının doğma qardaşı uzun illər Orlovka qəsəbəsində yerləşən dəlixanada yaşayıb. Heç bir qohumu ona qəyyum kimi qeydiyyatdan keçməyib və Yevgeni Titarenkonun rəsmi qəyyumu psixiatrik dispanser və onun baş həkimi göstərilir. Başqa sözlə, Mixail Qorbaçovun qaynı tam tənhalıqda, kimsəsiz ölüb.

Bildirilir ki, Titarenko ildə iki dəfə müayinədən keçirilirmiş, lakin həkimlər bu müayinələrin nəticələrinin onun evə buraxılması üçün qənaətbəxş olmadığını bildirirlərmiş.

Mənbə yazır ki, Titarenkonun taleyi müəmmalarla doludur. Uzun müddət söz-söhbət gəzirdi ki, o, dəlixanaya qanunsuz şəkildə – güclə salınıb.

2014-cü ildə prokurorluq əməkdaşları bu məlumatla bağlı yoxlama aparmışdılar və qərara gəlmişdilər ki, deyilənlər həqiqətə uyğun deyil. Lakin söz-söhbət səngimək bilmədi.

Ötən ilin yayında “Rossiya 1” telekanalındakı “Canlı yayım” proqramında bir vaxtlar Yevgeni Titarenkonu yaxşı tanımış insanlar çıxış edərək bildirmişdilər ki, yazıçının dəlixanaya salınmasına səbəb onun dövlətin birinci şəxslərinə (o zamanlar üçün) aid bildiyi xeyli sayda gizli məlumatlar olub.

Raisa Maksimovna doğma qardaşına bu cür münasibət bəsləyə bilərdimi? Mixail Qorbaçovun müvaşiri işləmiş yazıçı Georgi Pryaxin (Raisa Maksimovnanın yazdığı kitabın üzərində işləyib) xatırlayır ki, “birinci ledi” uşaqlığı barədə gözəl xatirələr danışırdı və qardaşını mehribanlıqla xatırlayırdı. Lakin onun indiki vəziyyətindən söhbət düşəndə bircə kəlmə ilə kifayətlənmişdi: “İçir”./Virtualaz/

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button