MN Azərbaycan hərbçilərinə qarşı təxribatın qarşısını aldıqlarını deyir

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Qarabağdakı “qeyri-qanuni silahlı dəstələr” təxribat məqsədilə heyvandan istifadə edir. Bu barədə sentyabrın 11-də Müdafiə Nazirliyi məlumat yayıb.

“Saat 08:30 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri ordumuzun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstəriblər” – deyə, Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Açıqlamaya görə, itin üzərinə uzaqdan idarə olunan əldəqayırma (improvizə edilmiş) partlayıcı qurğu bağlayaraq, onların mövqeləri istiqamətində hərəkət etməyə məcbur ediblər:

“Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində… itin üzərindəki əldəqayırma partlayıcı qurğunu işə salmaq cəhdinin qarşısı alınıb”.

Müdafiə Nazirliyi bunun sübutu kimi itin şəklini paylaşıb.

AzadlıqRadiosunun Erməni xidməti yazır ki, Qarabağdakı separatçı rejim bu ittihamları rədd edib, bunu uydurma və yalan adlandırıb.

Müasir mərhələdə 1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib. Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button