MN: “Ermənistan mətbuatının yaydığı məlumatlar tam yalandır!..”

Mudafie Nazirliyi

Qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən guya kəşfiyyat-təxribat əməliyyatının keçirilməsi barədə Ermənistan mətbuatının yaydığı məlumatlar tam yalandır, dezinformasiya xarakteri daşıyır və cəbhə xəttindəki vəziyyəti düzgün əks etdirmir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-ın sorğusuna cavab olaraq bildiriblər ki, Ermənistan tərəfi bu kimi xəbərləri yaymaqla son günlər cəbhədəki ciddi uğursuzluqlarını və verdikləri çoxsaylı itkilərini gizlətməyə cəhd göstərir.

“Düşmən elə bir qorxu içindədir ki, dinc sakinləri, hətta qoyun-quzu sürülərini də özlərinə qarşı təhlükə görürlər. Cəbhədə əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır”, – deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button