Mobil operatorlar məhkəməyə verilməlidir

“Sosial şəbəkələrdə 19 yanvar mitinqinin iştirakçıları ilə polislər, yerli icra hakimiyyətlərinin, hətta Mənzil İstismar İdarələrinin nümayəndələri arasında danışıqlar yayılır. Onları dinlədikcə düşüncələrimi sizinlə bölüşmək qərarına gəldim”. Bu sözləri Facebook profilində ADR sədri Qubad İbadoğlu yazır:

“Hesab edirəm ki, bu işdə mobil telefon operatorlarının hakimiyyətlə əlbir və qanunsuz fəaliyyəti ictimai qınağa tuş gəlməlidir. İddia etmirəm ki, danışqıları onlar yayıb, əksinə şübhəm yoxdur ki, mitinq iştirakçılarının müəyyənləşməsinə onlar kömək edib. 20 mindən artıq iştirakçının koordinatlarının aşkarlanması başqa cür mümkün deyil. Belə ki, mobil telefon operatorları onun xidmətindən istifadə edən hər kəsin hərəkət trayektoriyasını izləyə və yerini müəyyənləşdirə bilir. Odur ki, onlar mitinq günü həmin saatlarda “Məhsul” stadionunda olanların telefon nömrələrini qeydə alır və sonradan da nömrə sahiblərinin ad və soyadlarını qeydiyyatda düşdüyü ünvanla birlikdə müvafiq orqanlara çatdırırlar. Bu fəaliyyət həmin şirkətlərin birmənalı şəkildə müştərisi olan vətəndaş əleyhinə siyasətə qoşulmasıdır və eyni zamanda fərdi informasiyaların məhkəmə qərarı olmadan paylaşması ilə qanunları pozmasıdır. Hakimiyyətin qanunsuz əməllərinə şərik olan belə şirkətləri ilk növbədə mitinq təşkilatçıları məhkəməyə verməlidir.

Hesab edirəm ki, bundan öncə informasiya hüququ ilə məşğul olan müstəqil hüquqşünaslar (Ələsgər Məmmədli, Xalid Bağırov, Farhad Mehdiyev, Xalid Ağəlı və digərləri) bu məsələyə hüquqi rəyini açıqlamaldırlar. Bu əməli ictimaiyyət qınamalı, ağıllı telefonlardan istifadə edən istehlakçılar onların xidmətlərindən istifadəni müxtəlif vasitələrlə (Facebook, WhatsApp, Signal, Face Time və digər vasitələrlə danışıqlara üstünlük verlməklə) məhdudlaşdırmaldır.
Təklif edirəm ki, bununla bağlı sosial şəbəkələrdə də təbliğat kampaniyasına start verilsin.
Bilirəm ki, bu yazını bir çox mətbu orqanlar dərc etməyəcək, çünki, onlar həmin şirkətlərdən reklam və mükafatlar alırlar. Ona görə də Facebook dostlarımdan xahiş edirəm ki, bu postu paylaşsınlar”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button