Mobil operatorlarla bağlı iyun ayı üzrə məlumatlar açıqlandı

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin iyun ayı üzrə analiz işini yekunlaşdırıb.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Media Təqib Mərkəzi mobil operatorlarla bağlı iyun ayı üzrə məlumatları təqdim edir.

2016-cı ilin iyun ayında elektron mətbuatda, yəni sayt və portallarda mobil operatorlarla əlaqəli 1547 xəbər yerləşdirilib. Bunlardan 65-i mənfi, 1482-i isə neytral xəbərlərdir.

Xəbər sayına görə sıralama:

  1. AzerCELL                                                                            712 xəbər
  2. BakCELL                                                                             589 xəbər
  3. Nar Mobile                                                                          237 xəbər
  4. NaxTel                                                                                      9 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 195 xəbər dərc edilib. Bu xəbərlərdən 187-i neytral, 8 xəbər isə müsbətdir .

Müsbət xəbərlər AzerCELL operatoruna məxsusdur: (8 xəbər – Azərcell-in prezidenti Beynəlxalq Rabitə Akademiyasinin akademiki adına layiq görüldü).

Xəbər sayına görə sıralama:

  1. AzerCELL                                                                            96 xəbər
  2. BakCELL                                                                             88  xəbər
  1. Nar Mobile                                                                             10  xəbər
  2. NaxTel                                                                                    1 xəbər

İyun ayında televiziya kanallarında AzerCELL operatoruna məxsus 4 neytral xəbər göstərilib.

İyun ayında radio kanallarında mobil operatorlarla bağlı xəbər yayımlanmayıb .

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button