MOKA prezidenti Şeyx Əhməd Bakıya gəlib

MOKA prezidentiMOKA prezidenti yarışlar müddətində Bakıda qalacaq

xural.com “Bakı Avropa Oyunları 2015” Təşkilat Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin üzvü və Milli Olimpiya Komitələri Assosiasiyasının (MOKA) prezidenti Şeyx Əhməd əl-Fahad Əl-Sabah iyunun 10-da axşam saatlarında Bakıya gəlib.

Şeyx Əhməd iyunun 12-də, cümə günü keçiriləcək Açılış Mərasimində iştirak edəcək və 17 gün davam edən yarışları da izləyəcək.

Qonağı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Bakı 2015 Avropa Oyunlarının protokol departamentinin rəhbəri cənab Paul Foster qarşılayıb.

Məlumat üçün bildirək ki, Bakıda keçirilən yarışlar Avropa Olimpiya Komitələrinin nəzarəti və rəhbərliyi altında Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən təşkil olunur.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button