Moldova Sərhəd Polisinin rəisi azərbaycanlıya görə vəzifəsini itirdi

AzadlıqRadiosunun Rumın xidməti yazır ki, Moldova Sərhəd Polisinin rəisi Rosiyan Vasiloy vəzifəsindən azad edilib.

Bundan əvvəl Moldovanın baş naziri Dorin Reçan demişdi ki, Vasiloy vəzifəsindən noyabrın 5-də Kişinyov hava limanında baş vermiş insidentə görə kənarlaşdırılmalıdır.

Xəbər verilir ki, həmin gün Moldovaya girişinə qadağan qoyulmuş bir Azərbaycan vətəndaşı Kişinyov hava limanının təhlükəsizlik zonasından çıxararaq ölkə ərazisinə keçə bilib.

Həmin vaxt Sərhəd Polisi bildirmişdi ki, “əcnəbi Kişinyov beynəlxalq hava limanının infrastrukturundakı qüsurlardan istifadə edərək təhlükəsizlik zonasını tərk edə bilib”.

Ertəsi gün sözü gedən şəxs Kişinyovdakı Azərbaycan səfirliyinin yaxınlığında saxlanıb və Moldovadan deportasiya edilib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button