“Moon Kids” bağlanıb, direktoru məsuliyyətə cəlb edilib

Yayımlandı: 3 İyul 2024 15:35

Həvvaxanım Rüstəmova dələduzluqda ittiham olunur

Bakıdakı özəl uşaq bağçalarından biri olan “Moon Kids” fəaliyyətini dayandırıb, direktoru isə cinayət məsuliyyətinə cəlb olunub.

Bağçanın təsisçisi və direktoru Həvvaxanım Rüstəmova dələduzluqda ittiham olunur.

Onunla bağlı cinayət işinin istintaqı Nizami Rayon Prokurorluğunda gedir.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, “Moon Kids”in rəhbəri bağçada yol verilən qanunsuzluqlarla bağlı istintaqa cəlb olunub.

Həvvaxanım Rüstəmovaya qarşı Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə ittiham irəli sürülüb.

İstintaq dövründə onun həbsdə saxlanmasına qərar verilib.

Prokurorun təqdimatı əsasında Nizami rayon Məhkəməsində onun haqqında ilkin istintaq dövrü üçün 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Həvvaxanım Rüstəmova bağçada işə düzəltmə və başqa vədlərlə müxtəlif adamları aldadıb, onların pulunu ələ keçirməkdə ittiham olunur.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button