“Moskva Qarabağ məsələsini yoluna qoymaq əvəzinə münaqişəni idarə etməklə məşğuldur”

“Növbə ilə ölkələr ATƏT-ə sədrlik edir. İtaliyanın sədr seçilməsi də bu quruma heç bir əlavə səlahiyyət vermir”.
Xural.com xəbər verir ki, bu sözləri “Sherg.az”a ATƏT-ə sədrliyin İtaliyaya keçməsindən danışarkən politoloq Zərdüşt Əlizadə deyib. O bildirib ki, İtaliya səlahiyyətləri aşmadan ATƏT-i idarə edəcək: “İtaliyanın sədr olması Dağlıq Qarabağ münaqişəsinin həllinə heç bir təsir göstərməyəcək. Çünki bu, yalnız Rusiyanın “xeyir – duası” ilə həll edilə bilər. Moskva isə məsələni yoluna qoymaq əvəzinə münaqişəni idarə etməklə məşğuldur. Bu mənada düşünürəm ki, konfliktin hərbi yolla həlli yoxdur. İrəvan Bakını, Bakı İrəvanı işğal edəsi deyil, arada Rusiya var. Deməli, sülh lazımdır”.

Politoloq hesab edir ki, “Aland” modeli Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ən optimal variantdır: “Bu model hər iki tərəfin –Azərbaycan və Ermənistanın qanuni hüquqlarını təmin edir. Amma bunu tətbiq etmək istəmirlər. Rusiya imkan vermir, çünki münaqişə vasitəsilə bölgəni idarə edir”.

Qeyd edək ki, İtaliya rəsmiləri və Azərbaycan XİN Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olacaqlarını artıq açıqlayıblar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button