MŞ-ın bu qapqara qərarı cavabsız qalmayacaq!

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid Mətbuat Şurasını darmadağın etdi!

– MŞ-nın bu qərarı məni heyrətləndirir. Amma mən bunu təsadüfi saymıram. Ramiz Mehdiyevin şəxsən məhkəməyə verdiyi, cəzalandırdığı bir qəzeti MŞ da qara siyahıya salmalı idi. Zatən Mətbuat Şurasının mətbuata yox, Boz kardinala sığındığı artıq hamının qəbul elədiyi bir gerçəkdir. Buna görə də təəssüf hissi keçirmək azdır. Azərbaycan mediası çox ciddi təşəbbüslər əsasında təşkilatlanmalı vəı qara zolaqdan çıxmalıdır.­­

MŞ-nın bu qərarı qapqara bir qərardır və hesab edirəm ki, təcili olaraq ləğv edilməlidir. Özünə hörmət edən bir qurum bu qərarı ləğv etməklə üzərinə düşmüş kölgədən xilas ola bilər.­­

Əks halda, bu ləkəıni Mətbuat Şurasının vicdanından təmizləmək mümkün olmayacaq. Bu qərar hakimiyyətin MŞ vasitəsilə müstəqil mediaya təzyiqidir. Belə olduğu təqdirdə bizim cavabımıza da bəziləri hazır olmalıdırlar.

 XuralTAC

 “Xural” qəzeti,

il 9, sayı: 038 (446), 21 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button