MSK BAXCP-nin səlahiyyətli nümayəndələrini qeydə alıb-Adlar
Mərkəzi Seçki Komissiyası fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iştirak üçün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında qərar qəbul edib.
BAXCP səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndənin qeydə alınması üçün müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib.
Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün qərar qəbul edib.
Aşağıdakı şəxslər Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınıb:
1.1. Səlahiyyətli nümayəndələr:
Əli Zülfüqar oğlu İbrahimov
Etibar Oruc oğlu Nəsirov
Aydın Məlikməmməd oğlu Əkbərov
Yusif Hüseyn oğlu Süleymanov
Rauf Qarxun oğlu Mütəllimov
Nurəddin Səyyad oğlu Qocayev
Nübubət Rəhman qızı Namazova
Böyük Ağa Ənvər oğlu Babayev
Yeganə Kazım qızı Mehdiyeva
1.2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə:
İlqar Əlixan oğlu Məmmədxanov