MSK daha 7 siyasi partiya nümayəndələrini qeydə alıb

İyulun 6-da Mərkəzi Seçki Komissiyası (MSK) 7 siyasi partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb.

Bu haqda MSK katibi Arifə Muxtarova məlumat verib.

Bunlar Müsavat Partiyasının, Ümid Partiyasının, Böyük Qurtuluş Partiyasının, Demokratik İslahatlar Partiyasının, Ana Vətən Partiyasının və Klassik Xalq Cəbhəsi Partiyasının və Yeni Azərbaycan Partiyasının nümayəndələridir.

Bundan əvvəl Respublikaçı Alternativ (REAL), Ağ Partiya və Vətəndaş Həmrəyliyi partiyalarının nümayəndələri qeydə alınmışdı.

Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-də keçiriləcək.

Xatırlatma

Azərbaycanda son parlament seçkiləri 2020-ci il fevralın 9-da olub.

Bu il Azərbaycanda, qanunvericiliyə əsasən, bələdiyyə seçkiləri də keçirilməlidir.

Bu il Azərbaycanda prezident seçkisi də növbədənkənar keçirilib. Əslində qanunla 2025-ci ildə baş tutmalı olan həmin seçkilərin önə çəkilməsi Qarabağda suverenliyin bərpası ilə izah edilib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası da Azərbaycanda son seçkilərdə bir çox pozuntuların baş verdiyini açıqlayıb. Amma rəsmilər tənqidləri qəbul etmirlər.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button