MSK sədri: “Siyasi partiyaların təmsilçiləri seçki komissiyalarında üstünlük təşkil etməlidir”

“Komissiyaların səlahiyyət müddəti 5 ildir. MSK Milli Məclis tərəfindən formalaşdırdıqdan sonra DSK-lar formalaşdırılmalıdır”.

Bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, DSK-ları formalaşdırmaq MSK-nın müstəsna səlahiyyətidir: “Siyasi partiyaların təmsilçilərinin seçki komissiyalarında üstünlük təşkil etməsinə çalışmaq lazımdır. Bəzi demokratik ölkələr var ki, bizdəki qədər partiya yoxdur. Partiyalar insanların onları tanımasına çalışmalıdır”.

Məzahir Pənahov MSK-nı həm də ciddi orqan adlandırıb. Sitat: “MSK heç bir orqandan asılı olmayan bir qurumdur.“MSK çox ciddi bir orqandır. Biz seçkilərin keçirilməsinin məsuliyyətinin nə qədər yüksək olduğunu bilirik”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button