“MTK-lar satış qiymətini aşağı salsın ki, insanlar mənzil ala bilsin”

Milli Məclisin iclasında deputat Tahir Rzayev Bakıdakı yeni tikililərdə mənzillərin bahalığını diqqətə gətirib. Bizimyol.info xəbər verir ki, o, məsələ ilə bağlı təkliflə çıxış edib. O bildirib ki, MTK-lar tərəfindən baha qiymətlər qoyulduğu üçün mənzillər satıla bilmir. “Bu gün paytaxtda istifadəsiz qalan mənzillərin sayı kifayət qədərdir.Bu mənzillərin boş qalması dövlət üçün də sərfəli deyil. “Gənclərin isə mənzil ehtiyacı qalıb. Təklif edirəm ki, ya bu mənzillərin əmlak vergisi MTK-lar tərəfindən dövlətə ödənilsin, ya da satış qiyməti aşağı salınsın ki, insanlar onu ala bilsin”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button