MTN-də yeni təyinatlar olub

MTN-də yeni təyinatlar olub

 
Milli Təhlükəsizlik Nazirliyində yeni təyinatlar olub. Lent.az-ın məlumatına görə, bu barədə virtualaz.org saytı xəbər yayıb.
Məlumata görə, polkovnik İsmayıl Bağırov milli təhlükəsizlik nazirinin vəzifəsini icra edən general-leytenant Mədət Quliyevin bu gün imzaladığı əmrlə MTN Əks-Kəşfiyyat İdarəsinin rəisi təyin edilib. General Quliyevin digər əmri ilə isə polkovnik Sahib Nağıyev nazirin katibliyinin rəis müavini təyin olunub.
Mədət Quliyevin əmri ilə Ceyhun Şadlinski MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.
MTN-in İstintaq İdarəsinin rəisi, general-mayor Mövlan Şıxəliyev və MTN əməkdaşı Elşad Mahmudov isə tutduqları vəzifədən azad olunublar.
Virtualaz.org onu da qeyd edib ki, hazırda sərəncamda olan Elşad Mahmudov sabiq nazir Eldar Mahmudovun qohumu deyil.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button