MTN-in daha iki generalı ev dustaqlığında

MTN-in daha iki yüksək rütbəli generalı saxlanılıb.

Bu barədə virtualaz.org saytına məlumatlı mənbələrdən informasiya  verilib.

Məlumata görə, milli təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Hilal Əsədov ev dustağı edilib.

Hilal Əsədovla yanaşı, MTN mərkəzi aparatının rəhbəri Fərhad Vahabov barədə də oxşar qərar verilib.

Baş Prokurorluqdan isə generallar Hilal Əsədovla Fərhad Vahabovun saxlanması faktını nə təsdiq, nə də təkzib etməyiblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button