Müəllimlərin etik davranış Qaydaları tənqidlərə səbəb oldu

“Təhsilverənlər qanunçuluq, vicdanlı davranış, loyallıq, mədəni davranış, qərəzsizlik, ictimai etimad prinsiplərinə riayət etməlidir”.

Bu, mayın 15-də, Elm və Təhsil Nazirliyinin kollegiyasının təsdiqlədiyi “Təhsilverənlərin etik davranış Qaydaları”nda öz əksini tapıb.

Qaydalarda təhsilverənlərin sosial mediada davranış qaydalarından da bəhs edilir. Qaydaların 2.3.2. bəndində vurğulanır ki, təhsilverən öz fəaliyyəti ilə bağlı mediada və sosial şəbəkələrdə çıxışlarında çalışdığı müəssisədə müəyyən olunmuş qaydalara əməl etməlidir.

Sənədin 4.3 bəndinə əsasən isə, təhsilverən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamalıdır.

Əvvəlki “Təhsilverənlərin etik davranış Qaydaları”nda bu məsələlərin yer almadığı bildirilir.

İndi bəzi sosial şəbəkə istifadəçiləri bu qaydaların bir sıra bəndləri ilə bağlı narahatlıqlarını ifadə edirlər. Onlar hesab edirlər ki, bu vaxta qədər müəllimlər məktəblərdəki qüsurlardan çox nadir hallarda, ehtiyatla bəhs edirdilər. Həmin şəxslər vurğulayırlar ki, nöqsanlardan sosial şəbəkələrdə bəhs edən müəllimlər sonradan başqa bəhanələrlə cəzalandırılardılar. Onların sözlərinə görə, yeni qaydalar yeni təzyiqlərə yol aça bilər.

Hələlik, belə fikirlərə Elm və Təhsil Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button