Müəllimədən ittihamlar davam edir: “Kamal Abdulla mənim və yaxınlarımın təhlükəsizliyinə məsuliyyət daşıyır”

Kamal Abdullanı qoruyan məqalə “qoz”, “yumurta” və “daş”dan bəhs edir. ADU-nun rektorunun müdafiəsinə qalxan saxta imzalı məqalənin Əfqan Abdullayev haqqında iddia olunan müddəalarından belə aydın olur ki, son il yarım ərzində işdən kənarlaşdırılan kadrların böyük əksəriyyəti bu iki şəxs arasında olan ciddi ədavətin qurbanlarıdır. 

16.02.2019-cu il və 17.02. 2019 tarixlərində “Necə oldu ki, o şəxs prezident olduğu halda siz ADU sərhədlərini aşa bilmədiniz?’ – Tələbəsi prorektorun kədərindən yazdı (ARAŞDIRMA)”, “’Sən ordan çıx, mən burdan…’ – Qalmaqallı prorektorla bağlı növbəti ARAŞDIRMA”  adlı yazılardan belə anlaşılır ki, Kamal Abdulla və Əfqan Abdullayev arasında olan münaqişələr elə ADU ətrafında olan və səngimək bilməyən qalmaqalların səbəbi imiş.

Məhz bu səbəbdən də universitetdə təmizləmə siyasəti həyata keçirmiş. Görünür ki, bu münaqişələr kollektivdə şəxsiyyətlərarası münasibətlərin, normal pedaqoji prosesin və sağlam iqlimin pozulmasına şərait yaratmışdır.

Universitet rəhbərliyinin nöqsanları haqda dekabr ayında Təhsil Nazirliyinə ünvanladığım ərizə rektora məlum olan vaxtdan etibarən Kamal Abdulla dəfələrlə deyirdi ki, “bunları öyrədən var”. Cənab akademik!Unutmayın ki, Oguz türkləri həmişə öz şirzən qadınları ilə tanınıb. Bizim ulu nənələrimiz Banuçiçəklər, Burla xatunlar, Tomrislərdir. Aslanın erkəyi dişisi olmur, Kamal müəllim!!! Oğuz türklərinin qadınları hər zaman igidlikləri ilə seçilib. Axı siz bunları bilməzsiniz, siz öyrəşmisiniz qarşınızda hətta kişiləri alçaldasınız onlar qorxub susalar. Gənc qadınlar susmadı, təhqir olunmağı şəxsiyyətinə sığışdırmadı, siz də bizim arxamızda kimin durduğunu axtarmağa başladınız. Rektor, prorektor arasında olan qeyri-konstruktiv münasibətə təkrar qayıdacayıq. Sadəcə qeyd etmək yerinə düşər ki, mən Pərvin Mürsəlova Azərbaycan Respublikasının və dövlətçiliyinin sadiq vətəndaşıyam və müəllimiyəm. Dövlətimizin konstutsiyası və qanunvericiliyinə arxlanaraq öz mütəxəsis fikirlərimi Təhsil Nazirliyinə ünvanlamışdım.

Niyə Kamal Abdullanı belə canfəşanlıqla müdafiə edən məqalə saxta imzalıdır? 

Saxta imzalı məqalənin girişində qeyd olunub: təhsil əhəmiyyətini və son zamanlarda universitet haqqında yazılan mənfi xəbərləri nəzərə alaraq, cənab bəlkə də xanım “jurnalist” araşdırma işi ilə bu məsələni aydınlaşdırmaq qərarına gəlib.

Məqalədən onun müəllifi haqqında sual meydana çıxır. Hörmətli müəllif əgər siz həqiqətən jurnalistsinizsə, nəyə görə çəkinib öz adınızla yox, saxta imza ilə məqaləni dərc edirsiniz, axı siz əslində araşdırma işiniz ilə fəxr etməlisiniz. Əksər hallarda iki vacib səbəbdən jurnalistlər saxta ad ilə məqalə yazarlar. Birinci səbəb cangüvənlikləri və azadlıqları risk altında olərkən, ikincisi isə ictimai qınaqdan çəkinəndə. Birinci hal təbii ki, mövcud ola bilməz, çünki müəllimə kriminal deyil ki, sizin sağlamlığınıza təhlükə yarada bilsin, nədə ki sizin azadlıqdan məhrum edəsi səlahiyyətə malikdir. Deməli bu məqaləni yazan şəxs özü də bilir ki, sifarişli və üstəlik keyfiyyətsiz yazı ictimai qınaqla qarşılaşacaq. Bu məsələyə başqa bir aspektdən də yanaşmaq olar.

Hörmətli müəllif həqiqətən də təhsil dərdi ilə alışıb-yanır və məsələni işıqlandırmaq niyyətindədir. Məlum olduğu kimi istənilən araşdırma qərəzsiz və tərəfsiz olmalıdır. Niyə bu məqalələr bu qədər kin və nifrət doludur? Nədən yazar heç cəhd də etməyib ki, bir jurnalist kimi məsələyə tərəfsiz və obyektiv yanaşsın? Niyə bu məqalə ancaq konfliktin bir tərəfinin lehinə, digərin isə kəskin əleyhinə yazılıb? Bu məqalənin məzmununu nəzərə alaraq belə qənaətə gəlirik ki, müəllifin iddiasına  tam zidd olaraq, heç də təhsil yanğısı təəsübkeşliyi deyil, sırf kiminsə mənafeyinə xidmət edilir, yəni bir sifarişçi var və bir icraçı və cənab müəllif elə bu səbəbə görə də saxta ad ilə yazılarını dərc edir. Əslində yazan düz edir, heç bir şərəfli və vicdanlı jurnalist öz imzasını belə qeyri-peşəkar yazı ilə biabır etməz. Deməli 16.02.19 tarixdə yazılan 784 sözdən ibarət mətnin 168 sözü yəni 21 faizdən çoxu “qoz”, “yumurta” və “daş”dan bəhs edir. Təbii ki, araşdırmaçı jurnalistdən  gözlənilir ki, “qoz”, “yumurta” dan bəhs etmək əvəzinə öz araşdırmasının nəticəsini ortalığa qoysun. Yəqin ki, sifarişçi və ya icraçı  ədəbiyyata biganə deyil, lakin problem orasındadır ki, bu ədəbi kinayələri mətnə səpən icraçı, heç də peşəkar ədəbiyyatçı da deyil.  Hörmətli Kamal müəllim!!!! Bizim etirazımız da elə bu idi. İşləri peşəkarlara və mütəxəsislərə etibar edin, dostunuzun qızına, yox.

Rektor-prorektor davası ADU-da rəhbərlik nöqsanlarının bariz nümunəsidir

 

 

 

 

 

 

 

 

 

Tədris işləri üzrə prorektor Əfqan Abdullayev məsələsinə qayıtdıqda isə yuxarıda adı çəkilən yazılardan belə çıxır ki, bir il yarım sürən ADU daxilində olan bu qalmaqalların, narahatçılıqların və pedaqoji prosesin pozulmasının kökü rektor Kamal Abdulla ilə prorektor Əfqan Abdullayev arasında olan  münaqişədə imiş. Məqalələrdə dərc olunan fikirlər sübut edir ki, ADU-da ciddi rəhbərlik qüsurları var. Mən sadəcə təhsilin  inkişafı naminə akademik Kamal Abdulla və proffessor Əfqan Abdullayevə bir mütəxəsis müəllimə kimi tövsiyyə edirəm ki, öz problemlərini müdrik rəhbərlər kimi müzakirəyə qoyub həll etsinlər. ADU daxilində və xaricində olan şəxsləri bu qeyri-konstruktiv məsələyə qarışdırmaq heç də etik görünmür, cənablar!!!

Kamal Abdullanı qızğın həvəslə müdafiə edən məqalələrdə qeyd olunubdur ki, Əfqan Abdullayev iki ildir qanunsuz olaraq prorektor vəzifəsini icra edirmiş.

“Daha bir maraqlı faktla qarşılaşdıq. Sən demə ADU-nun tədris işləri üzrə prorektoru olan Əfqan Abdullayev bu vəzifədə də qanunsuz otururmuş. Yəni, prorektorluq müddəti 2017-ci ildən başa çatıb… Bəs niyə hələ də bu vəzifədədir?”

Kamal Abdulla iki ildir hara baxırsız? Bu iki ildə yəqin ki, Əfqan Abdullayev `prorektor maaşı alıb və sizi müdafiə edən məqalənin iddialarından belə aydın olur ki, universitetin ən vacib vəzifələrindən biri sayılan  tədris işləri üzrə prorektorluq səlahiyyətsiz şəxs tərəfindən icra olunurmuş. Əgər bu iddia doğrudursa, belə çıxır ki, siz və sizin rəhbərliyiniz altında ciddi qanun pozuntuları var, ölkə iqtisadiyyatına və ictimaiətinə qarşı təxribat baş verir. Çünki ölkə büdcəsindən  sizin səlahiyyətsiz hesab etdiyiniz şəxsə il yarımdı məvacib ayrılırmış. Çox maraqlıdır ki, rektoru müdafiə edən şəxs bu faktı bizə açır, sanki kiminsə qanunsuz ADU-da fəaliyyət göstərməsi mənim günahımdır, amma Kamal Abdullanın yox. Sanki Pərvin Mürsəlova rektordur. Cənab rektor iddia edəndə ki, sizdə ciddi rəhbərlik qüsurları var, bu tip çatışmamazlıqlar nəzərə alınırdı. Niyə prorektor qeyri-qanuni ADU-da fəaliyyət göstərdiyi halda, mənim və mənim kimilərin işdən azad olma prosesinə cəlb olunub və içşilər haqqında mənfi rəylər yazıb?
Çox maraqlıdır ki, “ha ha” və “hi hi” ilə rektoru müdafiə edən məqalədə mənim 15 fevral tarixində “Xural” qəzetində dərc olunan məqaləmdən sitat gətirərək saxta imzalı jurnalist qeyd edir ki, “Pərvin xanımın maraqlı faktları bizim bu məsələni araşdırmağımıza kiçik bir işarə verdi. Əslində belə görünür ki, xanım qəzəblənmək istəyir, amma yumşaq şəkildə müəlliminə narazılığını ifadə edir, yəni qəzəblənə bilmir və prorektorun kimlərsə tərəfindən “məcbur” edildiyi iddiasına özünü və “komanda yoldaşlarını” inandırmağa çalışır və ustadını vəziyyətdən çıxarmaq üçün cəhdlər göstərir…”

Mənim əleyhimə haqsız rəy yazan şəxsi nə qorumaq niyyətim var nədə ki vəziyyətdən çıxartmaq məqsədim, bu məsələni dərk etmək o qədər də yuksək intellektual qabiliyyət tələb etmir. Sadəcə həyatını təhsilə həsr edən gəncin etikası ona icazə verməz ki, müəllimi olduğu istənilən bir şəxsə qarşı kobudluq etsin, haqlı olsa da belə. Əlbəttə ki, bu etika və mədəniyyəti dərk etmək üçün, əsərlər və cümlələr plagiatlığı deyil, şablon cümlələr deyil, “qoz”, “yumurta” dan sitat gətirmək deyil, kitabxanalarda gündüzü gecə eləmək, kitab mütaliəsi lazımdır.

Kamal Abdulla, subyektib və qeyri-obyektiv yanaşma tərzi sizdə olan rəhbərlik qüsurlarının bariz nümunəsidir. Misal üçün necə oldu ki, sizin kimdən xoşunuz gəlmirsə, kim haqlı etiraz edirsə sənədləri saxta çıxır? Vüsalə Ağabəylinin dekan seçkiləri ilə bağlı sənədləri saxta çıxdı, YAP Qadınlar Şurasının sədri olmağı ilə bağlı sənədləri saxta çıxdı, indi də Əfqan Abdullayevin də sənədləri saxtalığı üzə çıxdı? Niyə görəsən bütün bu qənaətə onlar sizə etiraz edəndən sonra gəldiz ki? 1994-cü ildən kafedra müdiri olan 75 yaşlı Məsməxanım Qazıyevanın kadrı bəs niyə  hesab etmirsiz Vüsalə Ağabəylini? Axı 15 ilə yaxındır onu Məsməxanım yetişdirib kafedrasında, elmi rəhbəri o olub, birlikdə dərs vəsaitləri işləyiblər.

Aksiya iğtişaş planlaşdıran rəsmi orqana müraciət etməz

Aksiyalar iddiasına gəldikdə isə hörmətli Kamal müəllim və komanda yoldaşlarına xatırlatmaq lazımdır ki, cənab akademik daha öncə bu məsələni “siyasi iğtişaş” kimi təsvir etmişdir və hətta o zaman da siyasi iğtişaşa dair 31 tələbə tərəfindən imza toplanmasını qeyd etmişdir. Görünür ki, “siyasi iğtişaş” iddiasının absurdluğunu dərk edən Kamal Abdulla və komandası bu dəfə “universitet rəhbərliyinə qarşı aksiya” iddiası ilə çıxış etdilər.  İğtişaş və ya aksiya planlaşdıran şəxs heç zaman rəsmi qurumlara qapı-qapı müraciət edib, nigarançılıqlarını məsul şəxslərə deməz, mediada biri-birinin ardınca saxta adlarla məqalə dərc edər. Görünür ki, rektor və komandası elə aksiya planlaşdırır.

Eyni zamanda rektor və komandası yaddaş problemindən də əziyyət çəkir. Çünki yaddan çıxardıblar ki, bu məsələni Kamal Abdulla 25 dekabr 2018-ci ildə universitetin rəsmi səhifəsində “tələbələrin qənimi” adlı məqalə ilə ictimailəşdirib və tələbələri bu məsələyə qatdı. Rektor və komandası yaddan çıxardıblar ki, bu məsələni ictimailəşdirmədən əvvəl, biz müəllimlər bir nümunəvi Azərbaycan vətəndaşları kimi ADU-da baş verən özbaşınalıqlar və qanun pozuntuları haqqında ərizə ilə Təhsil Nazirliyinə müraciət etmişdik. Siz bu məsələdən xəbərdar olduqdan sonra, ittihamlar, şərləmələr, təzyiqlər, töhmətlər və sair qorxunc, qeyri-etik fəaliyyətlərin və ittihamların ardı –arası kəsilmədi.

Hörmətli akademik sizə təkrar xatırlatmaq lazımdır ki, aidiyyatı quruma ərizə yazıb qanun pozuntusu haqqında məlumat vermək, aksiya və ya iğtişaşa çağırış yox, vətəndaş borcudur. Göründüyü kimi, Azərbaycan qanunvericiliyindən də bixəbərsiz.

Bəli mən sizin nöqsanlarınız haqqında ərizə də yazmışam, uca səslə etiraz da etmişəm və bu hərəkətin Azərbaycan konstutsiyasına və qanunvericiliyinə əsasən iğtişaş hesab edilmir. Yeri gəlmişkən, sizə təkrarən xatırlatmalıyam-hər bir dövlət məmurunun borcu problemi şişirtmək deyil, onları dərk edib, yerindəcə dövlət manafeyini təmin edən şəkildə həll etməkdir!!!

Sonda qeyd etmək lazımdır 16.02.2019 tarixdə dərc olunmuş “’Necə oldu ki, o şəxs prezident olduğu halda siz ADU sərhədlərini aşa bilmədiniz?” adlı məqalədə yumurta sınması bir həyatın bitməsi kinayəsini özüm və yaxınlarımın həyatına və təhlükəsizliyinə qarşı bir hədə kimi qiymətləndirirəm.

“Yumurta içdən çatlayanda həyat başlayır, çöldən sınanda isə həyat bitir… Hazırkı durumda ADU içdən çatlamağa yenicə başlayan, amma çöldən ciddi zərbələrlə sındırılmağa çalışan ‘yumurta’ya bənzəyir… Bu günlərdə ‘Xural’ saytında məqaləsi dərc edilən ADU-nun keçmiş əməkdaşı Pərvin Mürsəlova özü bilərəkdənmi, bilməyərəkdənmi ‘sirli’ məqamların ‘yumurta”sını sındırıb. Təəssüf ki, çöldən”.

Təkrərən bildirirəm mən və yaxınlarımın həyatına və təhlükəsizliyinə gələcəkdə yaranan hər hansı bir problemdə birbaşa Kamal Abdulla məsuliyyət daşıyır. Bütün aidiyyatı və hüquq mühafizə orqanlarından xahiş edirəm  bu məsələni diqqətdə saxlasın!!!

Pərvin Mürsəlova

Azərbaycan Dillər Universitetinin Xarici ölkələr ədəbiyyatı kafedrasının işdən kənarlaşdırılan müəlliməsi və dissertantı 

P.S. Yazıda adları çəkilən şəxslərin də münasibətlərini dərc etməyə hazırıq

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button