Müəllimləri təhqir edən deputatın qudası rektor oldu
Bu gün prezident İlham Əliyevin sərəncamı ilə Bakı Slavyan Universitetinə rektor təyin olunan Nurlana Əliyeva haqda redaksiyamıza maraqlı məlumatlar daxil olub.
Belə ki, uzun illərdir Yeni Azərbaycan Partiyasının üzvü, rektor olanadək isə hakim partiyanın Qadınlar Şurasının sədri olan Nurlana Əliyeva, həm də Milli Məclisin qocaman deputatı Hacı Rəcəblinin qudasıdır.
Belə ki, xanım rektorun qızı Milli Məclisin Sosial Siyasət Komitəsinin sədrinin oğlunun həyat yoldaşıdır. Məlumata görə, yeni rektorun oğlu da qanunverici orqanda çalışır. Onun oğlunun parlamentdə məsul vəzifə tutduğu qeyd edilir
Qafqazinfo.az