Müasir Müsavat da mitinqlərə hazırlıqlara başladı

Tarif Şurasının son qiymət artımından sonra ölkədə vəziyyət mənfi istiqamətdə xeyli dəyişib. Artıq insanları maraqlandıran gündəlik ehtiyaclarından başqa bir şey deyil. İndi bütün ölkədə günün əsas mövzusu qiymət artımı və gözlənilən qiymət artımlarıdır. Bunun paralelində həllini tapmayan daha çox problemlər var ki, onların da müzakirələri ən müxtəlif çevrələrdə aparılır.

milli-sura-rehberlik

Bir müddət əvvəl, konkret sentyabr ayında keçiriləcək referendunla bağlı bir neçə mitinq təşkil olunsa da, ondan sonra mitinqlərə ara verildi. Bu günlərdə aldığımız məlumatlara görə, ard-arda keçirilən toplantılarda mitinq məsələləri də müzakirə olunur. Xural.com-un əldə etdiyi məlumatlara görə, həm Milli Şuranın toplantısında, həm də dünən keçirilən müxalifətin daha fərqli bir hissəsinin toplantısında və toplantılardan sonra mitinq keçirmək haqqında müzakirələr olub. Məlumata görə, bu günlərdə mitinq söhbətləri öz aktuallığını yenidən bərpa edəcək. Müxalifətin bəzi kəsimləri çox sərt və ardıcıl mitinqlər keçirilməsi təklifi ilə çıxış edirlər.

muxalifet

Xural.com-un informasiyasına görə, təkcə müxalifətdə deyil bahalaşma təlaşı. İndiyə qədər hakimiyyəti dəstəkləyən bəzi başqa partiyalar da bu bahalaşma ilə bağlı özünün mövqeyini ortaya qoymaq istəyir. Bu partiyalardan biri də Müasir Müsavat Partiyasıdır. Partiya sədri Hafiz Hacıyevdən aldığımız məlumata görə, yaxın günlərdə müxalifətin ən ciddi və çoxsaylı mitinqini keçirməkdə iddialıdırlar. “Biz xalqın vəziyyətinə etinasız qala bilmərik. Bu günlərdə partiyamızda çox ciddi işlər gedir. Yaxın günlərdə müxalifətin keçirdiyi son mitinqlərdən də izdihamlı mitinqlər keçirəcəyik” – deyən partiya sədri hazırlıqların davam etdiyini əlavə etdi.

Görünən odur ki, qarşıdan çox qaynar qış gəlir.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button