Rubrikalar: GÜNDƏM XuralTAC

Müavininə nəzarət edə bilməyən general – Ona sərhədi etibar etmək olarmı?

Seymur Verdizadə

Ən azı 15-20 il əvvəlin söhbətidir. Gənc yazarlardan biri “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qarşısını kəsib, giley-güzara başlayır: “Bəy, mən sizi demokrat kimi tanıyırdım. Sizin partokratlardan heç bir fərqiniz yoxmuş”.

Təbiət etibarıyla sakit adam olan Qənimət Zahid halını pozmur: “Nə olub, bəy? Nədən narazısan?”

Postmodernist ədəbi cərəyanı ilə yenicə tanış olan gənc dərhal izahat verir: “Sizə tənqidi məqalə göndərmişdim. Amma çap etmədiniz. “Azadlıq” qəzeti azad fikri boğur”.

Bu söhbəti mənə Qənimət Zahidin özü danışdığı üçün ən xırda detal da yadımdadır. Həmin yazar “Azadlıq” qəzetini tənqid etməyə başlayanda, baş redaktor ondan hansı mövzuda yazdığını soruşur.

Oğlanın cavabı özünü çox gözlətmir: “Məhəmməd peyğəmbərin əleyhinə məqalə yazmışdım. Amma siz çap eləmədiniz. Siz necə demokratsınız?”

Qənimət bəy oğlana belə məsləhət verir: “A bala, sən Ramil Usubovun əleyhinə yaz, birinci səhifədə çap edəcəm”.

Oğlan gözünü döyə-döyə soruşur: “Ramil Usubovdan niyə?”

Sən demə, həmin vaxt bir neçə gənc yazar “Azadlığ”ın redaksiyasına Məhəmməd peyğəmbərin əleyhinə məqalə təqdim edibmiş. Onların əlindən boğaza yığılan baş redaktor bu dəfə səsini qaldırmalı olur: “A bala, bir dəfə də topu-tüfəngi olan adamdan yazın. Min dörd yüz əvvəl dünyadan köçmüş insanla nə işiniz var? Belə cəsarətlisinizsə, bir dəfə də polisdən, prokurordan yazın, bir generalın adını çəkin”.

Bu hadisəni təsadüfən xatırlamadım. Mədəniyyət nazirinin müavini Rafiq Bayramov həbs olunandan sonra hamı Əbülfəs Qarayevin üstünə düşdü. İndi sağdan da, soldan da onu “vururlar”. Məncə, düz edirlər. Əbülfəs Qarayevi nə qədər vursalar da, onun Azərbaycan mədəniyyətinə vurduğu zərbədən çox vura bilməzlər. Amma incə bir məqam var. Axı elə bu günlərdə DSX-nın rəisi Elçin Quliyevin müavini, general-leytenant Əfqan Nağıyev də həbs olunub. Əbülfəs Qarayevi yıxıb-sürüyən adamlar niyə bir dəfə də Elçin Quliyevə “gözün üstə qaşın var” demirlər? Əfqan Nağıyev rüşvət və korrupsiyaya qurşananda, dövlət əmlakını talayanda, Elçin Quliyev hara baxırdı? Axı o, sərhədçidir. Axı o, digər vəzifəli şəxslərdən daha sayıq olmalıdır. Öz müavininə nəzarət edə bilməyən generala sərhədlərimizi etibar edə bilərikmi? Günün sualı budur. Nə qədər ki, Elçin Quliyevin topundan, topxanasından qorxub bu sualı xorla səsləndirə bilməyəcəyik, sərhədlərimiz həmişə təhdid altında olacaq; bir gün iranlılar pozacaq, bir gün ermənilər. Çünki sərhəd pozucusunu tutmalı olan adamların gözünü pul tutub…

Paylaş:

This post was last modified on 19 May 2020 2:59 axşam

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Milli Məclisdə Şuşa müzakirəsi – deputatlar üz-üzə gəldi

Milli Məclisin plenar iclasında çıxış edən deputat Vahid Əhmədov ordu rəhbərliyini tənqid etdi. O orduya rəhbərlik edənləri Azərbaycan dilini təmiz…

1 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

Azərbaycan Ordusu işğal olunmuş əraziləri azad etmək üçün güc tətbiq etmək hüququndan mütləq istifadə edəcək. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin…

1 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

“The Guardian”: Eldar Mahmudovun uşaqları Londonda çoxmilyonluq əmlaka sahibdirlər

Azərbaycanın keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun övladları tərəfindən Londonda bir sıra dəbdəbəli mülklərin alındığı ortaya çıxıb. Virtualaz.org “The Guardian” qəzetinin…

1 İyun 2020
  • ARAŞDIRMA
  • GÜNDƏM
  • XuralTAC

Pompeonun 89 yaşlı atası zəhərlə öldürülüb?-ABŞ-ÇİN savaşında sui-qəsdlər-ARAŞDIRMA

Ərgün Dilər “Takvim”, Türkiyə, 29 may 2020-ci il   İlk gündən bu yana diqqəti ABŞ-la Çin arasında gedən ticarət savaşına,…

31 May 2020
  • GÜNDƏM
  • XuralTAC

Zakir Həsənovdan düşmənə xəbərdarlıq: “Bu dəfəki tədbirlər …tam fərqli olacaq!”

Mayın 30-da Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib. Müdafiə Nazirliyindən virtualaz.org-a …

30 May 2020
  • GÜNDƏM
  • XuralTAC

Əli Həsənovsuz media-nələr dəyişməlidir?

Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər üzrə şöbə müdiri, Prezidentin köməkçisi Əli Həsənovun vəzifəsindən uzaqlaşdırılmasından 6 aya vaxt ötür. PA-da aparılan…

30 May 2020
Xural.COM