Mübahisəli Dadivəng Azərbaycanın nəzarəti altında qalacaq

Bir neçə gün əvvəl Qarabağ separatçılarının lideri Araik Arutyunyan bildirib ki, işğal dövründə erməniləşdirilmiş Dadivəng Alban monastırı (Xudavəng) Ermənistanın nəzarəti altında qalacaq.

Lakin virtualaz.org “Novosti Armeniya”ya istinadən bildirir ki, erməni əhalisi məbədlə vidalaşır. Kilsə zəngləri və qədim kitabələr də daxil olmaqla, ən qiymətli yadigarlar dünən Eçmiədzinə aparılıb. Bu onu göstərir ki, məbədin ərazisi Azərbaycanın nəzarətinə keçəcək.

Məlumatı monastırın rahibi Ovanes Ovannisyan da təsdiqləyib.

Xatırladaq ki, çoxkonfessiyalı Azərbaycan dövlətinin ərazisində minlərlə pravoslav, qədim alban və erməni-Qriqoryan kilsələri yerləşir. Bakının mərkəzində orta əsrlərə aid erməni əlyazmaları olan erməni kilsəsi qorunub saxlanılıb. Azərbaycanda hər gün kilsə ibadəti keçirilir.

Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən, Dadivəng Alban kilsəsi tarixi abidədir və dövlətin mühafizəsi altındadır. Xudavəng monastırı Qafqaz Albaniyasının qədim sivilizasiyasının ən yaxşı sübutlarından biridir. IX-XIII əsrlərdə Kəlbəcərdə Alban şahzadəsi Vaxtanqın xanımı tərəfindən tikilən bu kompleks Arzu Xatun kilsəsi, Həsən kilsəsi, bazilikadan və iki kilsədən ibarətdir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button