Mübarəkin şəriki 100 çamadan qızılla tutuldu

hüsnü mübarəkMisirin keçmiş prezidenti Hüsnü Mübarəkin şəriki 100 çamadan qızıl ilə tutulub

“Qafqazinfo”nun Misir mətbuatına istinadən verdiyi məlumata görə, Qahirə Beynəlxalq Hava limanında Misirin sabiq prezidenti Hüsnü Mübarəklə yaxın əlaqələrinin olduğu deyilən Hüseyn Saləm içi qızıl və gümüşlə dolu olan 100 çamadanla saxlanılıb. Rəsmilər bildirib ki, bu zinət əşyaları Səudiyyə Ərəbistanına göndərilmək üçün hazırlanıb. Onlar çəkisi 3 ton olan bağlama ilə əlaqədar tədqiqat işi aparırlar. Mətbuatda Saləmin Misir qazının İsrailə ucuz qiymətə satılması ilə əlaqədar müqavilə imzaladığı da yazılıb.

Nərgiz Ehlamqızı

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button