Rubrikalar: GÜNDƏM XuralTAC

Mübariz Mənsimov məhkəmədə ifadə verdi

Sentyabrın 15-də İstanbul Ağır Cəza Məhkəməsində FETÖ terror təşkilatı ilə əlaqədə ittiham olunan azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun məhkəməsi keçirilib.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən bildirir ki, M.Mənsimov məhkəmədə ifadə verib.

O, ifadəsində Fəthullah Gülənlə iki dəfə görüşdüyünü də bildirib: “İlk görüş məni iftar üçün Amerikaya çağıranda olub. Mən də o gün içki içmişdim. Bu səbəbdən getmək istəməsəm də, israr etdilər. “Hoca” deyilən adam yanında oturmağımı istədi. Mən də “içkiliyəm, qalxa bilərəm?” dedim. O isə cavabında “Bu, səninlə Allah arasında olan bir şeydir” dedi. Bir din adamının bunu deməsi mənə çox gülməli gəldi. Sonra o  bizə öz evini göstərdi. Gəzərkən evdə üzərində “Azərbaycan” yazılan bir şüşə gördüm. Fəthullah Güləndən “bu nədir?” deyə soruşdum. Cavabında bildirdi ki, bunu iyləyib sakitləşir. Mən də “təyyarəyə minib gedin də, niyə şüşəni iyləyirsiz?” dedim. Bu məqamda biri qolumdan çəkib dedi ki, “danışıqlarına fikir ver”. O dəvətdəki siyasətçilər və iş adamları ilə mübahisə etdim, daha sonra oradan ayrıldım”.

Mübariz Mənsimov bildirib ki, həmin görüşdən sonra Gülən tərəfdarları onu, sözün həqiqi mənasında, təqib etməyə başlayıblar.

Məhkəmə sədri Gülənin ona bağışladığı təsbehlə maraqlanıb.

M.Mənsimovun cavabı belə olub: “O təsbehi min dollara satdım. FETÖ-nün heç bir qurumuna yardım etməmişəm…”.

Proses zamanı hakim Mübariz Mənsimovun həbsdə qalması barədə qərar qəbul edib. Məhkəmənin növbəti iclası dekabrın 9-da keçiriləcək.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Prezident İlham Əliyev xalqa müraciətinin TAM MƏTNİ-VİDEO

Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. Xural.com müraciətin tam mətnini təqdim edir: -Əziz həmvətənlilər. Bir aya…

26 Oktyabr 2020
  • ARAŞDIRMA
  • GÜNDƏM
  • XuralTAC

Yaxın vaxtlarda Ərdoğan və Putin arasında yeni görüş keçirilə bilər – TƏHLİL

İqor Subbotin “Nezavisimaya qazeta”, 22.10.2020   Türkiyə xarici işlər nazirinin müavini Sedat Önalın oktyabrın 22-də Moskvaya səfəri fonu Ankarada Dağlıq…

25 Oktyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Ərdoğan: “Bu səhər İlham Əliyevlə danışdım”

"Azərbaycanlı qardaşlarımız bu mübarizədən qalib çıxacaqlar". "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu sözləri Kayseri şəhərində çıxış…

25 Oktyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Mehriban Əliyeva xalqa çağırış etdi – “Daha diqqətli olaq!”

"Biz bu günədək vaxtında və hərtərəfli düşünülmüş tədbirlər sayəsində dünyanın bir çox ölkələrinin üzləşdiyi faciəli ssenaridən xilas ola bilmişik. Ekspertlərin…

23 Oktyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Hulusi Akar: “Ermənistan işğal etdiyi əraziləri tərk edəcək – bu qədər sadə”

Türkiyənin müdafiə naziri Hulusi Akar növbəti dəfə Azərbaycanın öz torpaqlarını işğaldan qurtarmaq üçün apardığı mübarizəyə dəstək verib və işğalçı Ermənistana,…

22 Oktyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Mustafa Şəntop “İmamzada”nı ziyarət edib

Türkiyə Böyük Mİllət Məclisinin sədri Mustafa Şəntop Gəncəyə səfəri zamanı "İmamzada" kompleksində olub. Xural.com xəbər verir ki, bu haqda M.Şəntopun…

22 Oktyabr 2020
Xural.COM