“Mübariz Mənsimov və Fizuli Məmmədovu tənqid edənlər…”-MÜNASİBƏT

Samir İsgəndər

Ankaradan yazır

 

Niyə isə ermənilərdən çox biz özümüz bir-birimizə zərbə vurmağı sevirik. İçimizdə bir-birimizə qarşı hədsiz qısqanclıq var. Önə çıxan bir azərbaycanlı olduqda ona dəstək olmaq yerinə bizlər niyə isə o insana qara yaxaraq ermənisayağı əngəl olmağı seçirik. Anlaya bilmirik ki, heç bir şey rahatlıqla qazanılmır. Böyük uğurlar  qazanaraq zirvələri fəth etmiş  insanlar rahatlıqla  qazanmır heç nəyi. Bir  yerlərə gəlirkən insanlar böyük bədəllər ödəyir. Zirvələri fəth edərək millətimiz üçün bir şeylər edə bilmək məqsədi ilə önə çıxan insanlarımız ilə bağlı qara piar apararaq onlara qarşı mübarizə edənlər anlamalıdır ki, sadəcə onlarla deyil, əslində düşmənlərimizin dəyirmanına su tökərək bütün Azərbaycan xalqı ilə mübarizə aparırlar. Heç bir xeyriyyə işi etməsələr belə, böyük uğurlar qazanmış insanlarımız ilə qürur duymalıyıq. Böyük  xeyriyyə işləri ilə məşqul olan, irəli çıxıb xalqımıza dəstək olan insanlara qarşı qaralama kampaniyası ilə məşğul olan insanlar bilməlidir ki, bu etdikləri birbaşa mənsub olduğu millətə xəyanətdir. Türkiyədə fəaliyət gösdərən böyük xeyriyyə işləri ilə məşqul olan Mübariz Mənsimovdan sonra Fizuli Məmmədovla bağlı bəzi düşmən qüvvələrin hərəkətə keçdiyini hamımız görürük açıqca. Bizlərin borcu o insanlarımıza sahip çıxmaqdır. Müəyyən insanlara maşa olan bu qaralama kampaniyasını aparan şəxslər bilməlidir  ki, onlar birbaşa ermənilərə xidmət edir bu hərəkətləri ilə.

Fizuli Məmmədova qarşı aparılan qaralama kampanyasının başında təəssüf ki, Rusiya diasporamızda son zamanlarda aktiv olan Fuad Abbasovu görmək  bizləri çox üzdü. Fizuli Məmmədov kimi insanlarımız daha da ruhlandırılmalı və sahip çıxılaraq dəstəklənməlidir.
Hər birimiz bilirik ki, Rusiyadakı ÜAK’nin (Ümumrusiya Azərbaycanlıları Konqresi) ləğvindən sonra ciddi bir boşluq yaranmışdı. Diasporamızın içindəki erməni tərəfdarları bu boşluqdan yararlanaraq aktiv olmaya başladılar.
Diasporamızın təşkilatlanması üçün təşəbbüskarlıq göstərən xeyriyyəçi  iş adamı Fizuli Məmmədovun 56 regiondan fəal insanları bir araya gətirərək təşkilatlandırması və RAİ’nı qurması Rusiya diasporamızda yaranmış olan bu boşluğu doldurmaq üçün uğurlu və hər birimizi sevindirən bir təşəbbüs oldu.
Maraqlıdır, Fuad Abbasov nədən qələminin gücünü  bu qədər Azərbaycan əleyhinə çalışanlara deyil də məhz bu cür uğurlu təşəbbüs ilə önə çıxmış Fizuli Məmmədovda sınamaq qərarına gəldi? Əcəba, Fizuli Məmmədovdan istəyib də ala bilmədiyi bir şeylərmi oldu?
Fuad Abbasov yanlış yola girdiyini, ən başda Rusiyada yaşayan bu qədər ziyalılarımızın təpkisini çəkməyin yersiz və yanlış olduğunu  ümid edirəm ki, inşallah, qısa zamanda anlayacaq. Hər kəsin yanlışı, səhvləri ola bilər. Olğun insan yalnış etdikdə üzr istəməsini bilməlidir. Egonun hər zaman insanı uçuruma sürüklədiyini unutmamalıyıq.
Fizuli Məmmədov bu gün ortaya çıxmış sıradan  biri deyil, uzun illərdir ki, bizneslə yanaşı, həm də ictimai işlərlə məşğul olur və şəxsi imkanları ilə çox sayda insana yardım edərək hər zaman xeyriyyəçi işləri ilə tanınan bir iş adamıdır. 2017-ci ilin may ayında Heydər Əliyevin doğum gününün 94-cü ildönümü münasibətilə, vətənin bütövlüyü uğrunda döyüşdə sağlamlığını itirən xüsusi təyinatlı gizirlərimiz Natiq Mehdiyev və Ülfət Həsənova, həmçinin 2017-ci ilin fevralın 24-dən 25-nə keçən gecə düşmən hücumunu dəf edərkən şəhid olan mayor Aqşin Abdullayevin və şəhid gizir Sənan İsayevin ailəsinə ev bağışlamışdır. 2018-ci ilin yanvar ayında isə kapitan Hikmət Məmmədov, müddətdən artıq hərbi qulluqçu Emin Əliyevə ev vermişdir.  Fikrimcə bu cür xeyriyyəçi şəxsə qarşı qarayaxmadan imtina etmək lazımdır.
Bu cür insanlarımıza qara ləkə yaxmaqla məşqul olanlar anlamalıdır ki, əslində o insanları deyil, özlərini gözdən salırlar.
Güc birlikdədir, əziz həmvətənlər.
Bir ola bilmədiyimiz yerdə heç olmasa bir-birimizə mane olmayaq. Bir-birimizin əleyhinə təbliğat aparmayaq.
Axı bizim Vətənimiz bölük-bölük, torpaqlarımız işğal altında, qız-gəlinlərimiz düşmən əlindədir…

 

Xural.com

 

İ.S. Yazıda adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. Bu yazıda ifadə olunan fikirlər redaksiyanın yox, müəllifin fikirləridir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button