“Mübariz Mənsimovun beynəlxalq cinayətkar fəaliyyəti araşdırılsın”

Azərbaycanlı gəmiçilik maqnatı Mübariz Mənsimovun donanmasından daha bir həyəcanlı məlumat var. Virtualaz.org xəbər verir ki, Mənsimovun “Palmali” şirkətinə məxsus olan “Adriatic Mariner” tankerinin heyəti Rusiyanın Baş prokuroru Yuri Çaykaya müraciət edərək şirkətin “beynəlxalq cinayətkar fəaliyyətinin araşdırılması” üçün tapşırıq verməyi xahiş edib.

“Adriatc Mariner” tankerinin heyəti 6 aydır ki, maaş almır. Gəminin heyət üzvləri arasında Rostovdan olan dənizçilər də var.

“Yarım ildir ki, “Adriatic Mariner” gəmisinin heyət üzvləri maaş ala və vətənlərinə gedə bilmirlər. Türkiyənin “Palmali” şirkətinin susması onları Rusiyanın Baş prokuroruna şikayət etməyə məcbur edib. Bu gün yerli vaxtla saat 16.00-da tankerin kapitanı Valeri Ketençiyev (Tanker Malta bayrağı altında üzür, Valetta limanında qeydiyyatdadır) Yuri Çaykanın adına ərizə göndərib…” – dənizçilərin həmkarlar İttifaqındakı mənbə sentyabrın 12-də TASS-a bildirib.

Ərizədə deyilir ki, kapitan “Palmali” dənizçilik şirkətinin “beynəlxalq cinayətkar fəaliyyətinin” araşdırılmasına dair vəsatətlə müraciət edir. Tanker hazırda Rusiya sahillərinə yaxın sulardadır. Bildirilir ki, “Adriatic Mariner” tankerinin kapitanı habelə “Palmali”yə məxsus “Riroil-1”, “Riroil-2”  və “Riroil-5” tankerlərinin kapitanlarını da Baş prokurora ərizə yazmağa çağırıb. O cümlədən birinci ikinci gəmiyə Rusiya limanına yan alaraq şirkətin barəsində sübut bazasının toplanmasına yardım etməyi təklif edib.

Tankerin heyət üzvlərindən cəmi biri indiyə qədər maaş ala bilib və evinə qayıdıb, daha 6 nəfər pul alsa da gəmini tərk edə bilmirlər. Gəmi heyətinin üzvlərindən biri ağır xəstədir.

Xatırladaq ki, neçə vaxtdır Mənsimovun dənizçilərinin aclıq aksiyaları və digər etiraz tədbirləri barədə xəbərlərin ardı-arası kəsilmir. Oliqarxın gəmilərinin bir neçəsinə müxtəlif limanlarda həbs qoyulub. Dənizçilər aylardır maaş almır, “Palmali” sözün əsl mənasında batır…

 

P.S. Xural.com bildirir ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırdır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button