Mübariz Qurbanlı vətəndaşları Aşura günündə özlərini döyməməyə çağırıb

Aşura mərasimi Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun olaraq keçirilməlidir. Bu barədə bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlı bildirib.

Dini mərasimlər mövzusunda seminardakı çıxışında o, dindarları özünü zəncirlə döyməməyə və qan çıxarmamağa çağırıb.

“Bu, məqbul deyil və Qafqaz Müsəlmanları İdarəsi kimi, biz də belə hərəkətlərin əleyhinəyik”, – o qeyd edib.

O, Aşura mərasiminə uşaqların cəlb edilməsinin əleyhinə olduğunu deyib.

Bu il Aşura mərasimi sentyabrın 20-də qeyd olunacaq. Aşura Məhərrəm ayının 10-cu günüdür. Həmin gün şiələr Məhəmməd Peyğəmbərin nəvəsi və imam Əlinin oğlu Hüseynin şəhid olmasına matəm tuturlar.(turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button