Müdafiə Nazirliyi itkin düşən əsgərin nəşinin tapıldığını deyir

Yayımlandı: 11 İyun 2024 12:50

Faktla bağlı araşdırma aparılır

İyunun 9-da Azərbaycan ordusunun naməlum şəraitdə itkin düşmüş əsgəri Ceyhun Hüseynovun nəşinin tapıldığı bildirilir.

Bu barədə iyunun 11-də Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik qeyd edib ki, bu gün səhər saatlarında əsgər Ceyhun Hüseynovun meyidi Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilərək şəxsiyyəti müəyyənləşib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Ceyhun Hüseynov iyunun 9-da Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşmüşdü.

Onun Ermənistan ərazisinə keçdiyi iddia olunsa da, bu, özünü doğrultmayıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button