Müdafiə Nazirliyi Azərbaycanın Əfqanıstanda olan sülhməramlılarının həyati təhlükəsilə bağlı açıqlama yayıb.

Müdafiə Nazirliyi məlumat yayıb: “Kabul beynəlxalq hava limanının Azərbaycan sülhməramlılarının mühafizə və müdafiə etdikləri sektorunda hazırda gərginlik mövcud deyil”. Şəxsi heyətin həyatı üçün heç bir təhlükə yoxdur:

“Bölgədə mövcud gərgin vəziyyətdən asılı olmayaraq Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrinin icrasını davam etdirir”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button