Müdafiə Nazirliyi: “Ermənistan Müdafiə Nazirliyi növbəti dezinformasiya yayır”

Azərbaycan Müdafiə Nazirliyi avqustun 17-si saat 20:40-da yanğın baş verən əraziyə alovu söndürmək məqsədilə gələn yanğınsöndürmə maşınına Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması barədə Ermənistan mətbuatının yaydığı məlumata münasibət bildirib.

Nazirlikdən “Report”un sorğusuna cavab olaraq qeyd edilib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki Qaybalı yaşayış məntəqəsi tərəfdə, dağətəyi ərazidəki quru otlaq sahəsində saat 18.00 radələrində başlayan yanğın bu istiqamətdə hündürlükdə yerləşən bölmələrimiz tərəfindən vizual müşahidə olunub.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button