Müdafiə Nazirliyinin mehmanxanası söküldü

«Salyut» mehmanxanasının yerində Səfər Əbiyevin və Nəcməddin Sadıqovun villaları ucaldıldı

 Müdafiə Nazirliyində baş verən neqativ olaylarla bağlı daxil olan məlumatların sayı-hesabı yoxdur. Dünən redaksiyamıza verilən məlumatda daha bir maraqlı məqamla rastlaşdıq. İnformasiyada bildirilirdi ki, faktiki olaraq Müdafiə Nazirliyinin balansında olan yeganə otal-mehmanxana da sökülərək satılıb. Sovetlər dövründən qalan «Salyut» oteli yerlə-yeksan edilib. Məlumat verən mənbə bildirirdi ki, mehmanxanının sökülməsi ilə bağlı nazirlikdə ən yüksək dairələrdə narazılıqlar da yaşanıb. Hətta nazir Səfər Əbiyev göstəriş verib ki, bu mehmanxanada çatlar əmələ gəlib və mühəndislərdən ibarət komissiya gedib ərazini yoxlasınlar. Komissiya ərazidə uzun araşdırma aparandan sonra qərara gəlib ki, faktiki olaraq «Salyut»un işləməsi üçün heç bir ciddi problem yoxdur. Komissiyanın rəyi nazirə təqdim ediləndə Səfər Əbiyev sərt reaksiya verərək «yazın ki, yararsızdır, qəzalı vəziyyətdədir» əmri verib. Bundan sonra isə mehmanxana sökülüb.

Lakin çox keçmədən Səfər Əbiyevin qəzalı bina adlandırdığı, sürüşmə zonası elan etdiyi yerdə MN-nin baş qərargah rəisi Nəcməddin Sadıqovla nazirin beşmərtəbəli villaları ucalmağa başlayıb.

Maraqlıdır ki, faktiki olaraq bu gün MN-nin xarici qonaqları, hərbçiləri qarşılamaq üçün heç bir rəsmi otel və ya mehmanxana kompleksi mövcud deyil. Hansı ki, dünyanın əksər dövlətlərində ordunun balansında hətta mülki mehmanxanalar var ki, xarici qonaqların qarşılanması işində onlardan istifadə edilir.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 058 (467), 12 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button