Müğənni 4 ay 25 gün müddətinə həbs edilib

Yayımlandı: 25 Noyabr 2022 13:12

Halil Sezainin təhqir ittihamı ilə məsuliyyətə cəlb olunduğu bildirilir

Anadolu Asliye Cəza Məhkəməsinin müğənni və aktyor Halil Sezainin təhqir ittihamı ilə 4 ay 25 gün müddətinə azadlıqdan məhrum edilməsinə qərar verdiyi bildirilir.

İnsident 2020-ci ildə başlayıb.

Halil Sezainin film çəkilişi üçün kirayələdiyi binada yaşayan 67 yaşlı Hüseyn Meriç adlı şəxslə arasında dava düşüb.

Mübahisə zəminində döyüldüyünü iddia edən Hüseyn Meriç polisə şikayət edib. Bildirib ki, Halil Sezai ona silahla yüngül xəsarət yetirib, təhqir edib.

Şikayətin ardından müğənni 1 il 11 ay müddətinə həbs olunsa da, 42 gün sonra azadlığa buraxılıb.

Müğənninin ikinci dəfə həbsinə səbəb isə həmin adam haqqında işlətdiyi ifadələr olub.

Halil Sezai konsertindən sonra dinləyiciləri ilə görüşü zamanı ona insidenti xatırladanlara: “Keçən dəfə yaxşı döymədim. Növbəti səfərə, inşallah” , – deyib.

Bundan sonra Hüseyn Meriç təkrar müğənnini məhkəməyə verib.

Hakim qarşısına çıxan müğənni isə işlətdiyi ifadələri sözgəlişi dilə gətirdiyini, günahsız olduğunu bildirib.

Buna baxmayaraq, hakim Halil Sezaini 4 ay 25 günlük azadlıqdan məhrum edib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button