Müharibə əlilləri və şəhid ailələrinə yeni mənzillər veriləcək

selim muslimovBu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov bildirib. 

Regionlarda 52 rayonda inşa olunan 375 fərdi evdən bir qisminin tikintisi artıq yekunlaşıb və müharibə əlilləri və şəhid ailələrinə verilməyə başlanılıb. 

“Tovuz rayonunda da 9 fərdi ev tikilir. Həmçinin müharibə əlilləri və şəhid ailələri üçün Ağstafa rayonunda 6 ədəd, Qazax rayonunda 14 ədəd, Şəmkir rayonunda 6 ədəd, Gədəbəy rayonunda 4 ədəd fərdi ev inşa olunur. Onlar iki və üç otaqlı evlərdən ibarətdir və hər birində normal yaşayış şəraiti yaradılır”.

xural.com oxu.az-a istinadən bildirir ki, S.Müslümov adıçəkilən şəxslər üçün mənzil tikintisinin Bakıda da davam etdiyini qeyd edib:

“Fərdi evlərlə yanaşı, Bakı şəhərində və İmişli, Beyləqan, Şamaxı rayonlarında ümumilikdə 238 mənzili olan 4 yaşayış binası da tikilir. Eyni zamanda, həmin insanlar üçün hazır binalardan mənzillərin alınması və təmiri işləri aparılır”- deyə, Müslümov qeyd edib.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button