Müharibə başlasın!

akif nağıQAT hökumətə və dünyaya ultimatum verdi…

Qarabağ Azadlıq Təşkilatı Ali Məclisinin toplantısı keçirilib. Toplantıda prezidentlərin Kazan görüşündən sonra Qarabağın taleyi ilə bağlı yaranmış təhlükəli vəziyyət müzakirə olunub. Qəbul olunmuş qərarda göstərilir ki, Kazan görüşünün nəticəsiz sona çatması bir daha həmsədr ölkələrin ermənipərəst mövqe tutduqlarını nümayiş etdirdi. Minsk Qrupu həmsədrlərinin məqsədi Qarabağ münaqişəsinin ədalətli həllini tapmaq deyil, onlar daha çox status-kvonu saxlamağa, Ermənistanın işğal edilmiş ərazilərdə ağalığını təmin etməyə çalışırlar. Ona görə də bu danışıqları davam etdirməyin heç bir mənası yoxdur. QAT Ali Məclisi bu məsələləri nəzərə alaraq hakimiyyətdən dərhal müharibəni başlamağı tələb edir və bu məqsədlə yaxın vaxtlarda;

1) BMT qarşısında “Ermənistana sanksiyaların tətbiq olunması”, hakimiyyət qarşısında isə “Dərhal müharibə başlasın” tələbləri ilə aksiyalara başlamaq;

2) Qarabağ döyüşçülərinin Forumunun keçirilməsi;

3) Azərbaycanın iqtidarlı-müxalifətli bütün siyasi, ictimai qurumlarının iştirakı ilə Qarabağ Qurultayının keçirilməsi haqda qərar qəbul edib.

Tədbirlərin konkret vaxtının müəyyən edilməsi İdarə heyətinə tapşırılıb.

 

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button