Müharibə hər iki tərəfə ağır itkilər verəcək…
12.02.2012
Bernard Fasye: Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli qeyri mümkündür
Səlahiyyət müddəti başa çatan ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernard Fasye Ermənistanda keçirdiyi vida görüşündə deyib ki, Dağlıq Qarabağ məsələsində hərbi variant qeyri mümkündür. O, müharibələrin törətdiyi acınacaqlı fəsadlardan danışaraq, Birinci Dünya Müharibəsində almanların işğal etdikləri Fransa torpaqlarının azad edilməsi uğrunda gedən döyüşlərdə on minlərlə insanın həlak olduğunu xatırladıb. Bernard Fasye Parisdəki çıxışlarının birində müharibənin hətta bütün sahələrdə güclü olan Azərbaycan üçün də asan olmayacağını bəyan etdiyini diqqətə çatdırıb: “Müharibə yanidən başlasa, kimin qələbə çalacağını mən deyə bilmərən. Amma istər qələbə qazanan, istərsə də uduzan tərəf üçün ağır itkilər olacaq. Yeni qırğın, yeni nifrət və yeni qaçqınlar. Buna isə yol vermək olmaz”.
XuralTAC