Müharibə veteranı qumbara ilə inzibati binaya girdi

Ermənistanın siyasi vəziyyəti gərginləşməkdə davam edir. Siyasilərdən sonra müharibə veteranları Paşinyana öz etirazlarını bildirməyə başlayıblar. Özü də qumbara ilə inzibati binaya daxil olmaqla…

“Shamshyan.com” xəbər verir ki, 34 yaşlı müharibə veteranı Samvel X. əlində qumbara ilə İrəvanın Malatiya-Sebastiya rayonu administrasiyasının binasına soxulub.

O, rəhbərliklə görüş tələb edib və tələbininin yerinə yetirilməyəcəyi təqdirdə qumbaranı partladacağını deyib.

Bildirilib ki, təhlükəsizlik qüvvələri söhbət zamanı onu könüllü şəkildə binanı tərk etməyə razı salıb. Polis bölməsinə aparılan şəxs barədə araşdırmalara başlanıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button